“Tam yeni – çiçəklənən bir Azərbaycan qurulacaq” – Cavanşir Feyziyev

21.11.2020 - 14:50

Milli Məclisin deputatı Cavanşir Feyziyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı danışıb.

Deputat Azərbaycan Prezidentinin bu münasibətlə xalqa müraciətindəki maraqlı məqamlara toxunduğunu vurğulayıb.

– Cavanşir müəllim, Ağdamın işğaldan azad edilməsi ilə bağlı Azərbaycan Prezidenti xalqa müraciətində maraqlı məqamlara toxundu. Bu barədə nə deyə bilərsiniz?

– Əvvəla onu deyim ki, son iki ayda Ali Baş Komandanının rəhbərliyi ilə çox qısa müddət ərzində Azərbaycan əsgəri dünyanı heyrətə gətirəcək qələbələr qazandı. Torpaqlarımız işğaldan elə sürətlə azad edildi ki, nə dünyanın super gücləri, nə də beynəlxalq təşkilatlar baş verənləri anladı. Ermənistan isə rəşadətli ordumuz qarşısında tab gətirə bilməyəcəyini anladı və təslim oldu. Ağdamın azad edilməsi Azərbaycan əsgərinin  qəhrəmanlıq əsərlərindən biridir.

Ağdam uzun müddət Ermənistanın işğalı altında idi. Bu gün Ağdam azad edildi və bu azadlıq məhz Azərbaycan ordusunun  44 günlük qəhrəmanlığının nəticələrindən biridir. Milli ordumuzun rəşadəti nəticəsində düşmən silahı yerə qoyaraq döyüşsüz işğal etdiyi ərazilərdən çəkilməyi öhdəsinə götürdü. Bu gün, 20 noyabr yalnız ağdamlılar üçün deyil, bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün böyük qələbə bayramıdır. Bu Azərbaycan prezidenti, Ali Baş Komandanın apardığı məqsədyönlü fəaliyyətin və 44 günlük uğurlu döyüş əməliyyatlarının birbaşa nəticəsidir. Düşmən əsarətində olan bütün ərazilərimizin, o cümlədən Ağdamın işğaldan azad edilməsi, həmin bölgələrin resursları ölkəmizin gələcək inkişafında xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, işğaldan azad edilmiş və ediləcək bölgələrimiz ölkə iqtisadiyyatının mühüm bir hissəsini təşkil edəcək. Həmin ərazilərdə böyük abadlıq və quruculuq işləri həyata keçiriləcək və Cənab Prezidentin də qeyd etdiyi kimi, bütün ağdamlılar  çoxdan bəri həsrətində olduqları öz ata-baba yurdlarına qovuşacaqlar.

 

Azad olunmuş torpaqlara qayıdacaq insanların yeni həyata başlaması üçün dövlət əlindən gələni edəcək və 30 ilə yaxın düşmən tapdağında qalmış bütün rayonlarımız, şəhərlərimiz, kəndlərimiz yenidən canlanacaq və Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcəkdir. Tam Yeni – işğaldan azad, çiçəklənən bir Azərbaycan qurulacaq.

Prezident xalqa müraciətində bütün məsələlərə aydınlıq gətirdi. Həm beynəlxalq təşkilatların, dünyanın uzun müddət ərzində bu münaqişə ilə bağlı haqsız davranışı, həm Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi Ali Baş Komandanın xalqa müraciətində  öz dəyərini aldı. Hesab edirəm ki, bu qələbələrimizin kökündə bu gün cəmiyyətimizdə hökm sürən milli birliyimiz və həmrəyliyimiz dayanır. İndiki birlik ilə Azərbaycan xalqı hələ çox qələbələrə imza atacaq. Bu, həm hərbdə, həm diplomatiyada, həm iqtisadiyyatda, ümumiyyətlə bütün sahələrdə özünü göstərəcək. Buna bütün xalqımız əmin ola bilər”.

– Ağdamdan sonra Kəlbəcər və Laçının da işğaldan azad ediləcəyi gözlənilir…
– Təbii, bu, son deyil. Yaxın gələcəkdə Kəlbəcər və Laçın  da düşmən işğalından azad ediləcək. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Bununla da müstəqilliyimizə təhdid hesab edilən işğal faktı  tamamilə aradan qalxmış olacaq. Bu, Azərbaycan xalqının tarixində  çox böyük bir QƏLƏBƏDİR!

2020-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad olunması gələcək yüzilliklərdə  də Azərbaycan tarixinin şanlı səhifəsi kimi yadda qalacaq və daim xatırlanacaq. Biz və bizdən sonra gələn nəsillər böyük fəxrlə bu qələbədən danışacaq və xalqımızın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyik. Ali Baş Komandan, Azərbaycan əsgəri tariximizin əbədi qəhrəmanlarıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157573

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30