Ötən ay xaricdə əldə olunan diplomların tanınması üçün 322 nəfər müraciət edib

09.12.2020 - 15:58

Bu ilin noyabr ayı ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici ali təhsil müəssisələrindən əldə edilən kvalifikasiyaların tanınması ilə bağlı 322 vətəndaş müraciət edib.

Təhsil Nazirliyindən Musavat.com-a verilən məlumata görə, müraciət edənlərdən 219 nəfər barədə müsbət, 103 nəfər bərədə isə mənfi qərar qəbul edilib.

Mənfi qərarla yekunlaşan nəticələrin böyük əksəriyyətinin səbəbi tədris yükünü ödəmək üçün təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi və ya tədris dilinin qənaətbəxş hesab edilməməsi olub.

Daxil olan müraciətlərdə MDB-yə üzv olan, Gürcüstan və Türkiyənin ali təhsil müəssisələrində təhsil alanlar üstünlük təşkil edir. Statistikaya əsasən, hüquqşünaslıq, biznesin idarəedilməsi, tibb, təhsil elmləri, iqtisadiyyat və digər ixtisas istiqamətləri üzrə müraciət edənlər daha çoxdur.

Qeyd edək ki, hazırda ölkə ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə tənzimlənir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158246

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930