Universitetə daxil olmaq üçün sənədlərin tanınmasında yeniliklər olacaq

26.12.2020 - 14:55

Bu il Təhsildə Keyfiyyət Təminatı Agentliyi ortalama icra müddəti 30 gün olmaqla tanınma ilə bağlı 3 000-ə qədər müraciətin icraatını yekunlaşdırıb, başqa sözlə, 20 000-dək sənədin ekspertizasını həyata keçirilb.

Agentlikdən Musavat.com-a verilən məlumata görə, il ərzində daxil olmuş müraciətlərin 80%-nin icrası müsbət qərarla yekunlaşıb.

Qeyd olunub ki, tanınma ilə bağlı daxil olmuş müraciətlərin icra müddəti əvvəlki dövrlə müqayisədə 3 dəfəyə qədər azalıb.

Eyni zamanda, növbəti ildən ali təhsil pilləsi (bakalavriat və magistratura səviyyələri) ilə yanaşı, ali təhsil pilləsinə daxil olmaq hüququ verən təhsil sənədlərinin (attestat, subbakalavr və s.) də tanınmasının həyata keçirilməsi və vətəndaşların rahatlığı baxımından bir çox yeniliklərin tətbiqinə başlanılması nəzərdə tutulur.

Agentliyin tanınma ilə bağlı digər fəaliyyət istiqaməti vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasının həyata keçirilməsidir. Bununla əlaqədar ilk dəfə bu ilin sentyabr ayında Gəncə şəhərində “quru inşaat” ixtisası üzrə pilot qaydada qiymətləndirmə prosesi həyata keçirilib və müsabiqə qalibləri müvafiq modul üzrə sertifikatlarla təltif olunub.

Hazırda bir sıra digər modullar üzrə imtahanlar həyata keçirilməkdədir (cari ildə 20 nəfər “bərbər” ixtisası üzrə bilik imtahanından keçib). Növbəti ilin əvvəlindən başlayaraq bu sahədə vətəndaşlara göstərilən xidmətin keyfiyyəinin yüksəldilməsi, ekspert bazasının təkmilləşdirilməsi və prosesin elektronlaşdırılması istiqamətində müvafiq işlərin görülməsinə başlanılacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158892

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930