146 nəfərin bir hekayəti…

21.01.2021 - 15:49

Ağlımız kəsməsə, yaşımız çatmasa belə biz tarix yazmırıq. Qanımızla, canımızla onu yaşayırıq. Hər il anım günündə məzarlarına sığal çəkən çiçəklər kimi, kədərimiz yenə təzə, hikkəmiz isə yenə tərdir.

Sanki üzərindən keçən 31-ci yanvar deyil, birinci yanvardır. Birinci.

İz açmaq, çığır açmaq sonu qürurla bitən, fəqət əvvəli məşəqqətlə başlayan bir hekayənin qəhrəmanı olmaq deməkdir. Tale isə hər kəsə qəhrəmanlıq nümunəsi nəsib eləmir. Çünki seçilmiş olmalısan. Çünki təmiz olmalısan. Çünki müqəddəs olmalısan. Çünki möhürlənmiş olmalısan. Yəni taleyin və tarixin sevdiyi, eyni zamanda qəbul etdiyi adam olmalısan.

Bir sözlə, onlar təkcə birinci deyildilər. Onlar bir inci idilər. Elə bir inci ki, Vətən, Dövlət əsrlər sonra onlarla parlayacaqdı. Və dünyamız aydınlığa çıxacaqdı. Aydınlığa çıxmaqsa gecəyə qalib gəlmək demək idi. Bu hər parıltıya-işığa nəsib ola bilməzdi.

146 nəfərin bir hekayəti...

Bilrmisinizsə deyim, gecə işığa ac doğulur və onu – gecəni həmin ana qədər doyurmaq mümkün olmur. Bu dəfə isə hər şey və ya hər nəsnə fərqli olmuşdu. Sonu görünməyən uzun bir zamandan sonra ona, yəni gecəyə qalib gəlmişdilər. Bu şanlı qalibiyyətin ismi 146 nəfərdən çox, hekayəsi isə cəmi bir idi.

20 Yanvar 1990-cı il müsəlman şərqinin yenidən parlayan günəşi Azərbaycan
Dərin hörmət və sonsuz sevgi ilə anırq!

Fuad Cəfərli,
şair, publisist

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160122

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930