Londonda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar videokonfrans təşkil edilib

21.01.2021 - 20:05

Londonda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar onlayn videokonfrans keçirilib. Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin təşkil etdiyi videokonfransda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib, hadisələrə dair qısa videoçarxlar nümayiş etdirilib.

Videokonfransda Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək, 20 Yanvar hadisələrində ölkəmizin azadlığı və suverenliyi uğrunda həyatlarını qurban verən şəhidlərimizin mübarizəsi ilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən şəhidlərimizin mübarizəsinin bənzərliyinə diqqət çəkib. O, işğal altındakı torpaqlarımızı azad edən oğullarımızın məhz 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərdən nümunə götürdüyünü bildirib.

Daha sonra Milli Məclisdə Britaniya ilə dostluq qrupunun sədri Cavanşir Feyziyev, Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, 20 Yanvar hadisələrinin canlı şahidi olan, gürcü əsilli antropoloq və etnoqraf Tamara Draqadze, britaniyalı tarixçi və siyasi analitik Patrik Valş, həmçinin Britaniyada yaşayan azərbaycanlı icma fəalları çıxış ediblər. Əməkdar incəsənət xadimi, tarzən Rafiq Rüstəmov, eləcə də Londonda yaşayan azərbaycanlı kamança ifaçısı Nəzrin Rəşidova şəhidlərin xatirəsinə milli musiqi alətimiz olan tarda həzin kompozisiyalar səsləndiriblər.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160124

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728