“Keşlə”də gözlənilməz istefa – Yunis Hüseynov getdi

24.01.2021 - 15:38

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov istefa verib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, Y. Hüseynov bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Keçirilən görüşdən sonra Yunis Hüseynovun istefası qəbul olunub.

55 yaşlı mütəxəssis “Keşlə” Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.

Klub rəhbərliyi də öz növbəsində Yunis Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, Y.Hüseynov 2020-ci ilin avqustunda komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda Azərbaycan Premyer Liqasında 14 turdan sonra 13 xalla 7-ci pillədə qərarlaşmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160238

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728