UEFA prezidenti: “AVRO-2020-ni səbirsizliklə gözləyirəm”

04.02.2021 - 16:34

“2021-ci il çətin, yeni sınaqlarla dolu il olacaq. Amma bizim vəzifəmiz nikbin qalmaq, daim optimal həll yolları axtarmaq və heç vaxt təslim olmamaqdır”.

“Report” xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin Rusiya Futbol İttifaqının (RFS) onlayn konfransında çıxışı zamanı deyib.

Sloveniyalı funksioner bildirib ki, bu il Avropa çempionatının keçirilməsi ilə əlamətdar olacaq: “Buna görə sevincliyəm və turnirin başlamasını səbirsizliklə gözləyirəm. Futbol birdir və bizi birləşdirir”

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun – 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.


https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160593

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930