Nazir: “Çətinliklərə baxmayaraq, bütün şagirdləri təhsilə cəlb etməyə çalışırıq”

05.02.2021 - 11:32

“Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır. Çətinliklərə baxmayaraq, bütün şagirdlərimizin öyrənməsini təmin etmək üçün müxtəlif alətləri düzgün istifadə etməyə çalışırıq”.

Musavat.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə yazıb.

Nazir hesab edir ki, teledərslər bu məqsədi reallaşdırmaqda əvəzsiz bir vasitəyə çevrilib: “Bu günə qədər 6 700-dən çox teledərs hazırlanıb. Bu layihənin ərsəyə gəlməsində zəhməti keçən həmkarlarımıza təşəkkür edirəm. Növbəti həftədən etibarən eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq. Hər bir uşağın davamlı öyrənməsi naminə birlikdə çalışmalıyıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160631

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930