Bakıda 14 qəbul məntəqəsi yaradıldı – SİYAHI

31.03.2021 - 13:53

Bakıda istifadə olunmuş batareya daşlarının qəbulu məntəqələri yaradılıb.

Zibil qutusuna atılan bir batareya daşı ağır metallarla 400 litr su və ya 20 kvadrat metr ərazini çirkləndirə bilər. Zibil qutusuna atılan batareya daşı zibilliyə düşür və orada korroziya və ya yanma prosesi nəticəsində özündən hava və ya qrunt suları vasitəsilə yayılaraq qida və ya su ilə orqanizmizə daxil olacaq zərərli maddələr buraxır. Orqanizmdə toplanmaq xüsusiyyətinə malik olduğundan zərərli maddələr hətta az miqdarda olduqları halda belə onkoloji, reproduktiv və digər ciddi xəstəliklərə səbəb ola bilər.

Batareya daşlarının hamısında insan sağlamlığına çox ciddi ziyan vuran toksik elementlər var:

● qurğuşun – böyrəklərə, qaraciyərə və sinir sisteminə, sümük toxumasına təsir edir, qan hüceyrələrinin ölümünə səbəb olur

● kadmium – ağciyərə və böyrəklərə zərər verir

● civə – sinir sisteminə, qaraciyərə, böyrəklərə, mədə-bağırsaq traktına, tənəffüs yollarına zərər verir

● nikel və sink – əsasən mədəaltı vəz, bağırsaq, qaraciyər və beyinə zərər verir

● qələvilər – selikli qişaları və dərini yandırır

Bunun qarşısını almaq üçün, ilk növbədə çoxdəfəli akkumulyatorlarla əvəz etməklə batareya daşlarının istifadəsini azaltmalı, eləcə də istifadə olunduqdan sonra onlar qəbul məntəqələrinə təhvil verilməlidir.

Bakıda bunu IDEA Campaign tərəfindən quraşdırılan istifadə olunmuş batareya daşlarının toplanması konteynerləri vasitəsilə etmək olar.

Batareya daşlarının qəbul məntəqələrinin ünvanları:

1. 6 saylı məktəb-lisey.

Ünvan: Şövkət Ələkbərova küç, 2

2. 23 saylı orta məktəb

Ünvan: 28 May küç., 16

3. 132-134 saylı təhsil Kompleksi

Ünvan: İstiqlaliyyət küç.,, 51

4. BANM – Bakı Ali Neft Məktəbi

Ünvan: Xocalı prosp., 30

5. Oxbridge Academy

Ünvan: Heydər Əliyev prosp., 203

6. BOS – Baku Oxford School

Ünvan: Abbasqulu Abbaszadə küç., 8

7. MTK – Heydər Əliyev adina Müasir Təhsil Kompleksi

Ünvan: Səməd Vurğun küç., 1006

8. BIS – Baku International School

Ünvan: Əcəmi Naxçıvani küç., 3097

9. TISA – The International School of Azerbaijan

Ünvan: “Royal Park” YK

10. French Lyceum of Baku

Ünvan: Nobel prosp., 15

11. Baku European School

Ünvan: Həsən Məcidov kü.,, 7с

12. ADA University

Ünvan: Əhmədbəy Ağaoğlu küç. 11

13. DIA – Dovlət Idarəçilik Akademiyasi

Ünvan: Lermontov küç.,, 74

14. ABC – Azerbaijan British College

Ünvan: M Əliyev küç.,, 20/41

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161833

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930