Azərbaycanda məktəb direktoruna cinayət işi açıldı – BU ƏMƏLƏ GÖRƏ

07.04.2021 - 16:16

 

Azərbaycanda məktəb direktoruna cinayət işi açıldı - BU ƏMƏLƏ GÖRƏ

 

Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmiş Bəkirov Babək Nizam oğlunun 2014-2020-ci illər ərzində dövlət büdcə vəsaitlərini mənimsəməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə  Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla, Babək Bəkirovun işdən azad edilən şəxsin adını vəzifəsini icra etmədiyi halda 5 il müddətində məktəbin əmək haqqı ödəniş cədvəllərinə daxil etməklə bank kartına köçürülmüş əməkhaqqı və digər ödənişləri nağdlaşdıraraq götürüb mənimsəməsinə, ayrı-ayrı müəllimlərin adlarına əlavə dərs saatları yazaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlıqların uçotunu və mühafizəsini təmin etməməklə hüquqi şəxs olan Yevlax Rayon Təhsil şöbəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə 10 min manat məbləğində mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında Babək Bəkirova Cinayət Məcəlləsinin 179.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162055

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930