Azəriqaz” əməkdaşlarının vaksinasiyasına başlanıldı

07.04.2021 - 16:39

 

Azəriqaz” əməkdaşlarının vaksinasiyasına başlanıldı

 

Aprelin 7-də “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

Birliyin əməkdaşlarının işdən ayrılmadan daha rahat şəkildə peyvəndlənməyə cəlb edilməsi üçün hər cür şərait yaradılıb.

Yaxın 4-5 gün ərzində “Azəriqaz” İB-nin yaşı 40-dan yuxarı olan 1045 əməkdaşına peyvənd vurulacaq. Gündəlik 200-dən artıq işçinin bu prosesə qatılacağı gözlənilir.

Qeyd edək ki, qurumun əməkdaşlarının vaksinasiyası könüllü formada həyata keçirilir. “Azəriqaz” İB-nin qəza xidməti, müştəri xidməti və digər bir neçə sahə üzrə işçiləri abonentlərlə ayrı-ayrı vaxtlarda ünsiyyətdə olur. Onlar risk qrupuna aid edilir. Bu baxımdan, Birlik öz işçilərinin “COVID-19” əleyhinə vaksinasiyasının aktiv şəkildə aparılmasında maraqlıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162065

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930