Xalq şairi tələbələrə “Müdriklik zirvəsi”ndən danışdı

06.04.2021 - 23:52

Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə Nizami ili çərçivəsində 6 aprel, 2021-ci il taixində Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı ilə tələbə və müəllimlərin “Müdriklik zirvəsi” adlı onlayn görüşü keçirilib. Görüşü açılış sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə xanım vebinara böyük marağın göstərildiyini, Respublikanın müxtəlif guşələrindən, 15 universitetdən tələbə-müəllim heyətinin qatıldığını vurğulayıb. Daha sonra söz qonaqlardan Millət vəkili Müşfiq Cəfərova verilib. Millət vəkili Nizami ili çərçivəsində Gəncədə görüləcək işlər barədə danışıb.
Sabir Rüstəmxanlı haqqında qısa bir video çarxın nümayişindən sonra xalq şairi dərin və məzmunlu çıxış edib. Bədii söz xəzinəsinin incisi, 880 illik bəşəri sərvət Nizami Gəncəvidən bəhs edən Rüstəmxanlı uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami irsindən danışıb.
Sonda görüş diskusiya şəklində davam edib. Sabir Rüstəmxanlı vebinara qatılan tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, tədbir iştirakçılarına sertifikatların təqdim olunması nəzərdə tutulub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162087

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930