Rövşən Rüstəmov – Şəhidliyin daha bir zirvəsi

12.04.2021 - 13:08

Rövşən Rüstəmov – Şəhidliyin daha bir zirvəsi

Rövşən Orxan oğlu Rüstəmov 1999-cu ilin aprel ayının 11-də dünyaya göz açmışdı. Hələ uşaq vaxtlarından Rövşən Vətənə, torpağa olan sevgisiylə öz həmyaşıdlarından xeyli seçilirdi. İllər ötür, Rövşən yeniyetməlik, gənclik çağlarına qədəm qoyur. Özü ilə birgə Rövşənin Vətənə, müqəddəs bayrağımıza olan sevgisi də böyüyür. 2015-ci ildə atası Orxan Rüstəmov dünyasını dəyişir. Dəmiryolu liseyində təhsil alan Rövşən ailədə iki qardaşdan kiçiyi olsa da, zəhmətə tez qatlaşır və ailənin yükünü öz çiyinlərinə götürür.

Rövşən Rüstəmov həm də mübariz, döyüşkən ruhlu bir gənc idi. İdmanın qaydasız döyüş növü ilə məşğul olurdu. Hərb sənətinə də marağı böyük idi. Ola bilsin ki, bu marağ, bu döyüşkənlik ruhu ona ulu babasından miras qalmışdı. Məsələ bundadır ki, məşhur Azərbaycanlı sərkərdə general-mayor Tərlan Əliyarbəyov Orxan Rüstəmovun babası, Rövşənin də ulu babası olub.

Qeyd edək ki, Tərlan bəy Əliyarbəyov 1918-1919-cu illərdə Müsavat ordusunda alay komandiri olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər podpolkovnik rütbəsində Bakı və onun rayonlarının hərbi rəisi vəzifəsini icra etmişdir. Aprel çevrilişindən sonra Tərlan bəy Əliyarbəyov Bakı Hərbi İdarə rəisinin müavini və alay komandiri vəzifəsinə təyin edilmiş, 1922-ci ildə respublika Xalq Komissarlığı qərargahında Hərbi Dəniz İşləri üzrə rəis vəzifəsində işləmişdir. Məhz həmin vaxt Tərlan Əliyarbəyov Kürdəmir və Qaraqoyunlu ərazilərində baş qaldıran daşnak dəstələrinin məhv edilməsi əməliyyatını yüksək peşəkarlıqla həyata keçirmişdi. Böyük Vətən Müharibəsi dövründə isə Tərlan bəy Əliyarbəyov polkovnik rütbəsində cəbhəyə səfərbər olunmuşdu. 1942-ci il oktyabrın 15-də azərbaycanlılardan ibarət 416-cı diviziyanın komandiri, daha sonra 402-ci diviziyanın komandiri təyin olunmuşdu. Müharibə illərində Tərlan bəy Əliyarbəyovun döyüş xidmətləri yüksək qiymətləndirilərək 1944-cü il fevralın 9-da ona general-mayor rütbəsi verilmişdir.

Əlbəttə ki, belə bir irsin daşyıcısı olan Rövşən Rüstəmov da özünü Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdən kənarda təsəvvür edə bilməzdi. Buna görə də Vətən müharibəsinin ilk günlərində Rövşən yaşadığı Xətai rayonu, Aşıq Qurban küçəsi 25 nömrəli evdən çıxaraq Səfərbərlik şöbəsinə, buradan da cəbhəyə yollanır. Rövşən Rüstəmov xüsusilə Talış kəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərir. Anası Reyhan xanım deyir ki, oktyabr ayının 5-də sonuncu dəfə oğlu onunla danışıb. 7 oktyabr 2020-ci il tarixdə isə Rövşən Rüstəmov Suqovuşan uğrunda gedən döyüşdə Şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan digər qəhrəman övladları kimi, şəhid Rövşən Rüstəmovu da heç zaman unutmayacaq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

aia.az













https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162228

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930