Nazir müavini narazı qaziləri qəbul etdi

22.04.2021 - 17:02

 

Nazir müavini narazı qaziləri qəbul etdi

 

Qarabağ müharibəsində sağlamlığını itirən 10-a yaxın qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib.

Qazilər əsasən biganəlikdən şikayətləniblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, qaziləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və digər aidiyyəti rəsmilər qəbul edib:

“Onların müraciətləri dinlənildi. Müraciətlərinin bir hissəsi əlillik dərəcələrinin meyarları ilə əlaqəli olub. Nazirlik qanunvericiliyə uyğun olaraq, əlillik qruplarına təyin edir. Təyinatın birinci hissəsi aidiyyəti qurumlar tərəfindən gələn göndərişlər əsasında verilir. Bununla bağlı qazilərə qanunvericiliyin şərtləri izah edildi. Qazilərin təklifləri əsasında aidiyyəti qurumlarla müzakirələr aparılacaq.

Bundan başqa, bir neçə qazimizin mənzil şəraitinin yaxşılaşdırılması barədə də danışıqlar aparıldı. Bilirik ki, ilin sonuna qədər qazi və şəhid ailələri 3 000 mənzil və fərdi evlə təmin ediləcək.

Məşğulluq barədə müraciətlər də yerindəcə qeydə alındı və uçota götürüldü. Məşğulluq mərkəzlərinə tapşırıq veriləcək və qazilərimiz uyğun işlərlə təmin ediləcək”.

Etirazçılar onların tələblərinin dinlənildiyini və problemlərinin həllinə söz verildiyini bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162600

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930