İnterpolun axtardığı azərbaycanlı qadınlar – Fotolar

27.04.2021 - 16:43

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi insan alveri ittihamı ilə bir qrup qadının axtarışını elan edib.

Siyahıda adları qeyd olunan bütün qadınlar İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib. Onlar insan alverində günahkar bilinirlər.

Kürdəmir şəhər sakini, 1978-ci il təvəllüdlü Qədirli Zeynəb Böyükağa qızı barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Həsənova Sevda Həsən qızı barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Abşeron rayon sakini, 1984-cü il təvəllüdlü Hacıyeva Qızqayıt Rafiq qızı barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarışa verilib.

Bakı şəhər sakini, İsgəndərova Zülfiyyə Bəhmən qızı barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2014-cü ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib.

Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Quliyeva Validə Tahir qızı barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2012-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib.

Goranboy rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədova Şöhrət Savalan qızı barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib.

Quba şəhər sakini, 1969-cu il təvəllüdlü Abdıyeva Hicranə Rəcəb qızı barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib.

Cəlilabad rayon sakini, 1964-cü il təvəllüdlü Məmmədova Gülxanım Xudam qızı barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib.

Qəbələ rayonunda anadan olmuş və Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Səfərzadə Aybəniz Mirəddin qızı barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib.

Səfərova Almaz Mirəddin qızı 1969-cu ildə Qəbələ rayonunda anadan olub, Qəbələ rayon sakinidir.

Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162809

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930