Sahibkarın qaz xəttinə qanunsuz müdaxiləsi ləğv edildi – VİDEO

04.05.2021 - 13:51

 

Sahibkarın qaz xəttinə qanunsuz müdaxiləsi ləğv edildi - VİDEO

 

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları təbii qazdan qanunsuz istifadə, qaz xətlərinə özbaşına müdaxilə ilə bağlı daha bir faktı aşkar ediblər.

Paytaxtın Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında Ehtiram Əliyevə məxsus “Boru Keçidi 5” çörəkbişirmə müəssisəsinə 41 900 manat debütor borcun ödənilməsi üçün dəfələrlə müraciət olunub. Heç bir ödəniş olunmadığına görə Birliyin əməkdaşları müəssisənin qaz təchizatını dayandırıblar.

Bundan sonra çörəkbişirmə müəssisəsinin işçiləri rezin boru vasitəsi ilə qeyri-qanuni, özbaşına şəkildə qaz xətlərinə müdaxilə ediblər. Birliyin əməkdaşları qanunsuz qoşulmadan əlavə, qaz sayğacına müdaxilə halını da aşkarlayıb. Qanunsuz birləşmənin bir neçə dəfə ləğv olunmasına baxmayaraq müəssisənin əməkdaşları yenidən özbaşına şəkildə eyni əməli təkrar ediblər.

Debütor borcu ödəmək əvəzinə “Azəriqaz” İB-nin əməkdaşlarını hədələyərək onlara xəsarət yetirməyə çalışıblar. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sözü gedən ünvana yenidən baxış keçiriblər. Qanunsuz qoşulma halı təkrar olaraq aşkar edilib. Bu dəfə qaynaq vasitəsi ilə həmin qoşma ləğv edilib və müəssisəyə son dəfə xəbərdarlıq olunub. Bu barədə sosial şəbəkə ünvanımızdan video materialı izləyə bilərsiz:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163082

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930