TƏBİB işdən çıxarılan 20 nəfərlə bağlı açıqlama yaydı

05.05.2021 - 15:19

 

TƏBİB işdən çıxarılan 20 nəfərlə bağlı açıqlama yaydı

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Talassemiya Mərkəzi və B. A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunda 20-ə yaxın əməkdaşının işdən azad edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

TƏBİB-dən daxil olan açıqlamada bildirilir ki, Talassemiya Mərkəzi və B. A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi TƏBİB-in İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir:

“Digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir. Odur ki, sözü gedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir. Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163140

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930