Sovet vaxtının peyvəndi koronavirusu məhv edə bilir – İDDİA

06.05.2021 - 10:13

 

Sovet vaxtının peyvəndi koronavirusu məhv edə bilir - İDDİA

 

Poliomielitə qarşı peyvənd yeni koronavirus infeksiyasının qarşısını ala bilər.

Rusiya EA-nın Çumakov adına immunobioloji preparatların araşdırma və hazırlanma elmi mərkəzinin baş direktoru Aydar İşmuxametov bu faktı mərkəzin mütəxəssislərinin eksperiment yolu ilə sübut etdiklərini deyib.

Alimlər daha öncə bildirmişdilər ki, rusiyalıların COVID-19-a qarşı qeyri-spesifik immunitetləri var – onların orqanizminin immun sistemi infeksiyalara eynitipli reaksiya verir. 1960-cı illərdə sovet virusoloqu, akademik Mixail Çumakov güman etmişdi ki, poliomielitə qarşı canlı vaksin qrip infeksiyasının gedişatını yumşalda bilər. Çumakov adına mərkəz bu hipotezi hazırda SARS-CoV-2 koronavirusu ilə yoxlayıb.

“Biz təxminən 60 könüllüyə polliomielit əleyhinə canlı vaksin yeritdik, nəticədə həmin qrupda xəstələrin sayı kəskin azaldı. Bu məsələni sübut etdik”, – İşmuxametov “Rossiya-1” telekanalının efirində deyib.

Ancaq o əlavə edib ki, poliomielit peyvəndini hələlik “təcili lazım gələn” anadək bir kənara qoyublar.

Canlı poliomielit vaksini 1950-ci illərin sonunda işlənib hazırlanıb, 1960-ci ildən isə keçmiş SSRİ-nin bütün əhalisinin bu peyvəndlə vaksinasiyasına başlanıb.

Çumakov adına mərkəzdə bu il koronavirus əleyhinə “KoviVak” peyvəndi də hazırlanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163159

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930