“Geyimlər alarkən üstündəki yazı və şəkillərə diqqət yetirməliyik” – Sosioloq…

06.05.2021 - 15:10
“Bu geyimlərlə bağlı satış şəbəkəsində işləyənlərlə alıcılar arasında bir avamlıq var. Yəni ağlı, huşu başında olan o satış şəbəkəsindəki adam bu maykaları alıb ölkəyə gətirməz. Alıcılarımızın da çoxu bunu alanda fikir vermirlər ki, üstündəki nə şəklidir”
Bunu açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Ə.Qəşəmoğlu bununla bağlı insanlar arasında maarifçilik işinin aparılmasının vacib olduğunu bildirib:
“Bu geyimlərlə bağlı satış şəbəkəsində işləyənlərlə alıcılar arasında bir avamlıq var. Yəni ağlı, huşu başında olan o adam bu maykaları alıb ölkəyə gətirməz. Alıcılarımızın da çoxu bunu alanda fikir vermirlər ki, üstündəki nə şəklidir. Bir dəfə Şiraz şəhərində Hafiz Şirazinin qəbrini ziyarət edirdim. Orda gördüm ki, bir xanım var, geyindiyi köynəyinin üzərində inglis dilində əxlaqsız söz yazılıb. Mən bunu xanımın yoldaşına deyəndə təəccübünü gizlədə bilmədi və dərhal oranı tərk etdilər.
Universitet müəllimi olduğum üçün bəzən görürəm ki, hansısa tələbəm də bu köynəkdən geyinərək dərsdə oturub. Təbii ki, mən onu təmkinlə başa salıb deyirəm ki, dərsimdə bu geyimlə oturmasın. Yəni bu şeyləri çox müşahidə etmişəm. Burda daha çox rol oynayan amil insanların diqqətsizliyidir. Onların ağlına da gəlmir ki, geyimlərin üstündə nakomaniyanı və əxlaqsızılığı təbliğ edən yazı və şəkillər ola bilər. İnsanlarımızı maarifəndirməliyik ki, geyimlər alarkən üstündəki yazı və şəkillərinə diqqət yetirsinlər”.
Qeyd edək ki, Bakıda narkotikləri və əxlaqsızlığı təbliğ edən uşaq geyimlərinin satılması müzakirələrə səbəb olub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163236

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930