Şuşaya qədər döyüşən XTQ zabitinin intiharının TƏFƏRRÜATI – VİDEO

07.05.2021 - 10:03

 

Şuşaya qədər döyüşən XTQ zabitinin intiharının TƏFƏRRÜATI - VİDEO

 

Vətən müharibəsi iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu mayın 4-də intihar edib.

Hadisə ötən gün Bakının Novxanı kəndi ərazisində qeydə alınıb.

Qeyd edək ki, Rüfət Nəbizadə Vətən müharibəsində iştirak edib. Döyüşərək Şuşaya kimi gedən qəhrəmanımız evlərinə qayıdanda normal vəziyyətdə olub. Bir neçə gündən sonra isə onun səhhətində ciddi psixoloji problemlər ortaya çıxıb.

Bir həftə Maştağadakı ruhi-əsəb dispanserində, 1 aydan çox hərbi hospitalda, daha sonra isə özəl klinikalarda müalicə alan Rüfətə kəskin psixoz və bipolyar pozğunluq diaqnozları qoyulub.

Valideynləri deyir ki, Rüfət müharibə zamanı yaşadıqlarını, itirdiyi dostlarını unuda bilməyib. Ancaq onlardan danışır, özünə ölüm arzulayırmış.

Rüfət sonuncu dəfə mayın 4-ü dostları ilə görüşmək adıyla Abşeron rayonu, Məmmədli kəndində yaşadıqları evdən çıxaraq Novxanıya gedib və orada intihar edib.

Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində xidmət keçən leytenantımız evin tək oğlu olub. Prezidentin sərəncamı ilə Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasına görə, həmçinin, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunan zabitimiz Hövsan qəsəbəsində yerləşən Dədə Qorqud qəbirsanlığında torpağa tapşırılıb.

Daha ətraflı videomaterialı təqdim edirik:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163275

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930