Şirvanda qız itkin düşüb – FOTO

08.05.2021 - 18:52
Şirvanda qız itkin düşüb - FOTO
Şirvanda 20 yaşlı qız itkin düşüb.
Bu barədə qızın atası Samir Əhmədov məlumat verib.
Atanın sözlərinə görə, qızı ötən gün səhər saatlarında yaşadıqları Şirvan şəhərində evdən çıxıb və bir daha geri qayıtmayıb:
“Qızım anadangəlmə eşitmə qüsurludur. Dünən səhər saatlarında evdən çıxıb. Küçənin təhlükəsizlik kameralarına düşüb və əynində qara şalvar-köynək, ağ rəngli çanta və ayağında boz ayaqqabı olub. Uşağın zehni həmyaşıdlarına nisbətən inkişafdan geri qalır. Məsələ ilə bağlı Şirvan Rayon Polis Şöbəsinə də ərizə yazmışam. Xahiş edirəm uşağı görənlər mənimlə əlaqə saxlasınlar”.
Məsələ ilə bağlı Şirvan Rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən Oxu.Az-a itkindüşmə ilə bağlı faktı təsdiq ediblər.
Bildirilib ki, qızın axtarışları istiqamətində araşdırma davam etdirilir.
Qızı görənlərdən bu +994 50 662 29 56 nömrə vasitəsilə ailəsinə məlumat vermələri xahiş olunur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163410

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930