Azərbaycanda tələbə itkin düşdü

14.05.2021 - 09:58

 

Azərbaycanda tələbə itkin düşdü

 

Şabran rayon sakini olan 20 yaşlı İlkin Hüseynov Bakıda itkin düşüb.

Bu barədə onun atası, Şabran rayon sakini Saleh Mirsəftər oğlu Hüseynov məlumat verib.

Onun sözlərinə görə, İ.Hüseynov Bakıdan Şabran rayonuna gəlmək adı ilə çıxsa da sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb.

“İlkin bu ilin mayın 11-də Bakıdan çıxarkən evlə danışıb. Deyib ki, “Şamaxinka”dan çıxıram. Saat 15:40-dan sonra isə onunla əlaqə itib. Oğlumun boyu təqribən 165 santimetrdir. Oğlum Bakıda son günlərdə restoranların birində ofisiant kimi işləyirdi”.

S.Hüseynov oğlunun itkin düşməsi ilə bağlı Şabran Rayon Polis Şöbəsinə müraciət edib. O, oğlunu görənlərdən özünün 050 479 11 08 nömrəsinə və ya Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edib məlumat verməyi xahiş edib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü İ.Hüseynov Azərbaycan Texniki Universitetinin tələbəsidir. (report)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163542

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930