“Kontakt Home”dan növbəti şikayət – 250 manatlıq “defekt” malı geri qaytarmır…

02.06.2021 - 20:14
“Kontakt Home”dan növbəti şikayət - 250 manatlıq “defekt” malı geri qaytarmır...
Bakı şəhər Yasamal rayonu, M.Seyidov küçəsində yaşayan Abdullayeva İradə “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətçidir.
İ.Abdullayeva Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı bildirib ki, 25.11.2020-ci il tarixdə “Kontakt Home” mağazalar şəbəkəsinin Abbas Mirzə Şərifzadə 174 ünvanında yerləşən dükanından dəyəri 250 manat olan üzqırxan maşın alıb. Bir müddət sonra isə üzqırxanın “defekt” çıxdığını və uyğun  funksiyanı yerinə yetirmədiyini öyrənib.
Bundan sonra İ.Abdullayeva “Kontakt Home” mağazalar şəbəkəsinə və onun sevris xidmətinə müraciət edib. Lakin üzqırxanı düzəltmək mümkün olmayıb. İ.Abdullayeva  müxtəlif bəhanələrlə rastlaşdığını və istehlakçı hüquqlarının pozulduğunu bildirib.
İ.Abdullayeva bundan sonra Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova  müraciət edib. E.Hüseynovun “Kontakt Home” mağazalar şəbəkəsinin Vəfa və Rəvanə adlı işçi xanımlarıyla apardığı söhbət də bir nəticə verməyib.
İ.Abdullayevanın şikayəti artıq iqtisdiyyat naziri Mikayıl Cabbarova göndərilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164207

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930