Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır, əbədidir

20.06.2021 - 15:31

Azərbaycan və Türkiyə tarixin bütün mərhələlərində bir-birinin yanında olub, ən çətin anlarında qarşılıqlı dəstək veriblər. Xalqlarımız dəfələrlə şahidi olub ki, qardaş Azərbaycan və Türkiyə tarixin çox çətin sınaqlarından birgə uğurla çıxıblar. Balkan müharibəsində, Çanaqqala savaşında, 1918-ci ildə Bakının daşnak-bolşeviklərdən azad olunmasında bir cərgədə mübarizə aparan tək millət 2021-ci ildə də 44 günlük müharibədə nümunəvi birlik nümayiş etdirib. Türkiyə dövləti Azərbaycanın haqq savaşına verdiyi mənəvi, siyasi dəstək tarixi ədalətin bərpa olunmasına səbəb olub. Anlaşılan odur ki, tarixin ən sərt sınaqlarından çıxmış Azərbaycan-Türkiyə birliyi, qardaşlığı bu gün də haqq və ədalətin təmin olunmasına, təhlükəsizliyin, əməkdaşlığın, inkişafın təcəlli tapmasına əsas yaradır.

BugünAzərbaycan ən yeni tarixinin qızıl dövrünü yaşayır. 2020-ci il sentyabr ayının 27-dən başlayaraq Azərbaycan xalqı tarixi günlərə, unudulmaz anlara şahidlik edir. Bu tarixi günlər içərisində qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri və mütəffiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi və həyati  əhəmiyyət kəsb edir. Xüsusilə qeyd etməliyik ki, cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Milli Məclisində etdiyi çıxışı da bütün dünyaya Türkiyə- Azərbaycan münasibətlərinin əbədi, sarsılmaz olduğunu göstərən mühüm mesajlarla yadda qaldı. Türkiyə prezidenti açıq şəkildə bütün dünyaya bəyan etdi ki, Türkiyə Azərbaycanın yanında olmaq siyasətini bundan sonra da davam etdirəcəkdir. Bir mesaj olaraq bütün dünyaya bildirildi ki, dünyadakı qlobal və regiondakı beynəlxalq münasibətlərin hansı formada dəyişməyindən və dəyişəcəyindən asılı olmayaraq Türkiyə Azərbaycanın yanında əbədi olaraq qalacaq. Digər tərəfdən vurğulanan mesaj Türkiyənin bölgədə gələcəkdə meydana gələ biləcək müharibə təhdidlərinə qarşı sinə gərəcəyi ilə bağlıdır.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra qardaş ölkə Prezidentinin Milli Məclisdə səsləndirdiyi fikirlər Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, regionun gələcək inkişafı baxımından olduqca önəmlidir. Beləki, Azərbaycanın qazandığı möhtəşəm qələbə sayəsindəQafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Bu barədə cənab Rəcəb Tayyib Ərdoğan çıxışında qeyd etdi ki, “Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub”. Qardaş ölkənin Prezidentinin bu sözləri ölkəmiz üçün dəyərli olduğu qədər, dünyanın aparıcı güc mərkəzləri  üçün də bir o qədər siyasi mesajları özündə əks etdirir. Ümumiyyətlə, ölkələrin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq platformasının yaranması bu regionun gələcək inkişafı üçün olduqca vacibdir. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Bu nöqteyi-nəzərdən davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir.

 

Starə Təhməzova

Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164454

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930