Bakıda ana və körpəsi diləndirilir? – VİDEO

28.06.2021 - 18:27
Bakıda ana və körpəsi diləndirilir? - VİDEO
Paytaxtın Nizami rayonu ərazisində qucağında körpə uşaq olan qadın diləndirilir.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

İlkin məlumata görə, hər gün səhər saatlarında qadını bir nəfər gətirib metrosunun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında qoyur və gedir. Qadın qucağındakı körpə ilə səhərdən-gecə saatlarına qədər küçədə qalır.

Məsələ ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə də məlumat yayıb.

O, Oxu.Az-a açıqlamasında bildirib ki, qadının və körpə uşağın tapılması istiqamətində tədbirlər görülür:

“Bu barədə mənə məlumat verilən kimi əməkdaşlarımız əraziyə getdi. Qadını tapa bilmədik. Lakin yaxınlıqda yerləşən mağazalardan birində mühafizə xidmətinin əməkdaşı da bildirdi ki, qadını hər gün kimsə bu əraziyə gətirir. Ehtimal edirik ki, uşaq vasitəsilə qadın diləndirilir. Hələ qadını tapa bilməmişik. Onlarda əlaqə nömrələrim var.

Bu məsələ təcili surətdə araşdırılmalıdır. Nizami rayonunda ərazi üzrə təhlükəsizlik kameraları vasitəsilə qadının hansı istiqamətə getdiyini müəyyənləşdirmək olar. Biz hələ qadının və uşağın hansı təhlükə ilə qarşı-qarşıya olduğunu bilmirik. Hər şey qadın tapıldıqdan və araşdırmalar yekunlaşdıqdan sonra məlum olacaq”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164593

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930