Beynəlxalq yarışların ünvanını şərtləndirən amillər

05.07.2021 - 18:47

44 günlük Vətən müharibəsindən 6 ay keçməsinə, eləcə də COVID-19 pandemiyasının yaratdığı mürəkkəb şəraitə baxmayaraq, Azərbaycan son aylarda qitə əhəmiyyətli iki mötəbər idman tədbirinə ev sahibliyi etdi. Ev sahibliyi missiyasını yüksik səviyyədə icra etməklə, Azərbaycan bir daha mötəbər tədbirlərin uğurla keçirildiyi unikal məkan olduğunu təsdiqlədi. Tarixə ekskurs etsək, ardıcıl olaraq idmanın müxtəlif növləri üzrə beynəlxalq tədbirlərə ev sahibliyi etmək missiyasının Azərbaycana həvalə edilməsi heç də təsadüfi deyil.

Modern.az bu yazıda bir neçə vacib amilə toxunub. İlk növbədə dövlət başçısının düşünülmüş siyasəti nəticəsində beynəlxalq aləmdə ölkəmizin müsbət imicinin formalaşması göstərilməlidir. Məhz bunun sayəsində dünya birliyi artıq ölkəmizi etibarlı tərəfdaş olaraq qəbul edir. Digər amil isə ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliklə bağlıdır ki, bunun da kökündə dövlət başçısının düşünülmüş siyasəti durur.

Ev sahibliyinin mükəmməliyini şərtləndirən əsas məqamlardan biri də hazırlıq işləri və oyunlar zamanı nəzərdə tutulan tədbirlərin icrası ilə bağlıdır. Ev sahibi şəhər əhalisinin də oyunları idman bayramı olaraq qəbul etməsi bundan daha çox aslıdır. Bu anlamda diqqəti hər bir mötəbər tədbir zamanı icra edilən nəqliyyat əməliyyatlarına yönəldək.

Niyə məhz nəqliyyat ?

Çünki oyunların əvvəlcədən müəyyən edilən plana uyğun icrası və şəhər əhalisinin nəqliyyatla bağlı gündəlik davranışlarının axarı həm də nəqliyyat məsələlərinin düzgün planlamasından asılıdır. Ötən beş ildə şəhərimizdə keçirilən beynəlxalq yarışların nəqliyyat əməliyyatları Bakı Nəqliyyat Agentliyi tərəfindən icra olunmaqdadır.

BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli özü başda olmaqla, bütün komandanın daim sərnişinlərin xidmətində olduğunu dilə gətirərək, rəhbəri olduğu qurumun son 5 ildə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq yarışların nəqliyyat əməliyyatlarını həyata keçirdiyini, iştirakçıların və qonaqların rahat, təhlükəsiz daşınması üçün üzərinə düşən missiyanı layiqincə yerinə yetirdiyini bildirib.

BNA-nın mətbuat katibi Mais Ağayevin sözlərinə görə hər bir oyunun nəqliyyat əməliyyatlarının hazırlanması və icrası doğru yanaşma, eləcə də düzgün idarəetmədən aslıdır:

“4-cü İslam Həmrəyliyi Oyunlarından bu vaxta qədər müxtəlif sahələrə aid 10-a yaxın tədbirin nəqliyyat əməliyyatı tərəfimizdən işənib hazırlanıb. Hər bir oyun bizim üçün bir təcrübədir. Oyunlardan sonra nəticələr təhlil edilir və daha mükkəməl iş ortaya qoymaq üçün lazım olan addımlar atılır”.

BNA rəsmisi nəqliyyat tədbirlərinin yüksək səviyyədə icrasının daha çox dövlətin sərnişindaşımaların müasirləşməsinə və inkişafına göstərdiyi diqqitlə bağlı olduğunu vurğulayıb:

“Son beş ildə cənab Prezidentin diqqəti və tapşırığına uyğun olaraq, paytaxtın avtobus parkı əhəmiyyətli dərəcədə yenilənib. Ölkəmizə müasir orta və iri tutumlu avtobuslar gətirilib. Müasir qaraj infrastrukturu olmasaydı, əlbətdəki biz üzərimizə düşəni tam icra etməkdə çətinlik çəkərdik. Zamanında atılan addımlar bu gün bizə həm müntəzəm, həm də mötəbər tədbirlər zamanı daşımaları operativ rahat və təhlükəsiz icra etməyə imkan verir”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı ölkəmizdə keçirilən beynəlxalq yarışlar zamanı Agentliyin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:

“Mən Agentlik yanında ictimai şuranın üzvüyəm, onları yaxından izləyirəm. Həm Formula-1 dövründə, həm AVRO 2020-də çox böyük xidmət göstərdilər, koordinasiyalı iş qurdular. Digər daşıyıcı şirətləri də bu prosesə cəlb edə bildilər. Ümumilikdə əldə olunan nəaliyyətlər Bakı Nəqliyyat Agentliyi adına müsbət göstəricidir. BNA əvvəlki illərin təcrübəsini bu il də nümayiş etdirdi. Beynəlxalq yarışlar zamanı yolda qalan bir sərnişin görmədik. Hamısı rahat və təhlükəsiz, zamanına daşındı. Turistlərin çox rahat və komfortlu avtobuslarda daşınmasının özü beynəlxalq imicin formalaşması üçün əsasdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164851

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930