Ruslan Əliyev: Qaz sayğacına görə pul istənilsə…

09.07.2021 - 19:42

 

Ruslan Əliyev: Qaz sayğacına görə pul istənilsə...

 

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” sosial şəbəkəsindəki hesabına canlı yayım edərək bəzi məsələlərə toxunub.

İkin olaraq baş direktor Mənzil Tikinti Kooperativlərinin (MTK) qazlaşdırılması zamanı quraşdırılan qaz sayğaclarının dəyəri və bundan sonra tətbiq olunacaq bəzi yeniliklər haqda məlumat verib.

MTK-nın qaz sayğaclarını iyulun 1-nə qədər ödənişli əsaslarla aldığını xatırladan R.Əliyev bundan sonra məsələnin fərqli formada tənzimlənəcəyini qeyd edib. Onun sözlərinə görə, sonradan ödənişli (mexaniki-elektron) qaz sayğacları komplektinin dəyərinin 70-90 manat olmasına baxmayaraq, MTK rəhbərləri vətəndaşlardan böyük məbləğdə ödənişlər tələb edirdi: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni inşa olunan çoxmərtəbəli binalarda iyulun 1-dən qaz sayğaclarının quraşdırılmasına dair müvafiq açıqlaması var. Vətəndaşlara müraciət edərək bildirilib ki, həmin tarixdən etibarən MTK-lara quraşdıran sayğaclara görə heç bir ödəniş etməsinlər. MTK-lara “Azəriqaz”ın verdiyi texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılacağı öz əksini tapacaq. Mənzil alan şəxsdən qaz sayğacına görə hansısa pul istənilərsə, mütləq texniki şərti tələb edib, öz hüquqlarını müdafiə etsinlər”.

Baş direktor Ruslan Əliyevin bu barədə videomüraciəti:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164964

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930