Kursantlar Hərbi Məktəbdən niyə xaric edilib? – MN-dən açıqlama

17.07.2021 - 11:08
Kursantlar Hərbi Məktəbdən niyə xaric edilib? - MN-dən açıqlama
Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi təhsil alan bəzi kursantların valideynləri Müdafiə Nazirliyinin qarşısında toplaşıblar. Onlar bildiriblər ki, kursantlar əsassız olaraq təhsil ocağından xaric ediliblər.
Məsələ ilə bağlı Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, 2020-2021-ci tədris ilinin I yarımilinin yekun qiymətləndirilməsinin nəticələrinə görə müvəffəqiyyət qazana bilməyən, böyük əksəriyyəti birinci kursda təhsil alan, ümumilikdə 17 kursant təkrar kəsir imtahanına buraxılıb:
“Belə ki, fiziki hazırlıq və idman fənni üzrə keçirilən imtahandan qeyri-məqbul qiymət almalarına baxmayaraq, iki dəfə Ali Hərbi Məktəbin rəisi, bir dəfə isə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi tərəfindən ümumilikdə dörd dəfə olmaqla, imtahana buraxılmaları üçün onlara imkan yaradılıb.
Həmin kursantlar kəsir imtahanlarında fiziki hazırlıqdan müxtəlif çalışma növləri üzrə müəyyən olunmuş normativləri yerinə yetirə bilməyərək imtahandan kəsilib və məktəbdən xaric olunublar”.
Qeyd olunub ki, qanunvericiliyə əsasən, AAHM-dən xaric olunmuş kursantlar hazırda müxtəlif hərbi hissələrdə əsgər kimi hərbi xidmətdədir və onların yenidən hərbi məktəbə bərpa olunmaları qeyri-mümkündür:
“Ali Hərbi Məktəbdən xaric olunanlar arasında Vətən müharibəsində iştirak etmiş kursantların olması ilə bağlı əsassız iddialara gəlincə isə bildiririk ki, AAHM-in sonuncu kurs kursantlarının bir qismi müharibədə iştirak edib və onların da hər birinə kiçik leytenant hərbi rütbəsi verilib.
Onlar hazırda Azərbaycan Ordusunda zabit kimi leytenant hərbi rütbəsində xidmətlərini davam etdirirlər.
Qeyd edək ki, müasir silahlarla təchiz olunmuş, peşəkar kadrlarla komplektləşdirilən, Vətən müharibəsində şanlı qələbə qazanmış rəşadətli Azərbaycan Ordusunda xidmət edən zabitlər özlərinin bilik, bacarıq, fiziki hazırlıq və intizamları ilə əsgərlərə nümunə olmalıdır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165157

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031