Babək Əliyevin 127 min manatı geri qaytarıldı

04.08.2021 - 11:57

 

Babək Əliyevin 127 min manatı geri qaytarıldı

 

Bakı şəhər sakini Babək Əliyevin 127 min manat pulunun biznes qurmaq adı ilə Quliyev Sirac Kazım oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı müraciətinə Suraxanı rayon prokurorluğunda baxılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, rayon prokurorluğunda müraciət əsasında cinayət işi başlanaraq aidiyyatı üzrə istintaq edilməsi üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, istintaqın yekunlaşdırılaraq cinayət işinin məhkəməyə göndərilməsi və eləcə də vətəndaşa dəymiş zərərin ödətdirilməsi təmin edilib.

Prokurorluğa müraciət edərək məmnun qalan zərərçəkmiş Babək Əliyevin qardaşı Rafiq Əliyev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165635

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031