Gözəllik salonlarında qadınlara “patı” verənlər kimlərdir? – DİN rəsmisi açıqladı

11.08.2021 - 10:16

 

Gözəllik salonlarında qadınlara "patı" verənlər kimlərdir? - DİN rəsmisi açıqladı

 

Bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satılır.

Bunu ARB24-ün “Gündəm” verilişindəki açıqlamasında DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib. O bildirib ki, Daxili İşlər Nazirliyinə bununla bağlı faktlar daxil olub:

““Metanfetamin” adlı ağır psixotrop maddənin həmin ünvanlarda satışı müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər. Qeyd edim ki, “metanfetamin” sintetikdir və kimyəvi tərkiblidir. Bir-iki qəbuldan sonra həmin şəxs onun aludəçisinə çevrilir. Həmin maddənin istifadəsi, əsasən, azyaşlılar yox, qadınlar tərəfindən həyata keçirilir”.

E. Hacıyev valideynləri də diqqətli olmağa səsləyib: “Valideynlər övladlarının xarakterində, hərəkətlərində dəyişiklik müşahidə etdikdə onu müvafiq qaydada yoxlatdırsınlar. İmkan olmasa, çətinlik çəksələr, dövlət qurumlarına müraciət etsinlər. Dövlət qurumları tərəfindən müvafiq qaydada zəruri köməkliklər göstəriləcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165848

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930