Azərbaycanda şair vəfat etdi

31.08.2021 - 12:54

 

Azərbaycanda şair vəfat etdi

 

Şair-jurnalist Əhməd Oğuz bu gün vəfat edib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanın Kalinino rayonu Qızıl Şəfəq kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirib.

“Xəzər” jurnalında, “Oğuz eli” qəzetində işləyib.

Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətində radio xalq yaradıcılığı baş redaksiyasında söz şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Ötən əsrin 80-ci illərinin əvvəllərindən “Ulduz”, “Azərbaycan” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində müntəzəm çap olunub.

1998-ci ildə ilk şeirlər kitabı “Hara gedirsiniz, dağlar?” nəşr edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166411

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930