cumhuriyyet.net
Respublika QİÇS-lə Mübarizə Mərkəzinə yeni direktor təyin edilib • Cumhuriyyət
Respublika QİÇS-lə Mübarizə Mərkəzinə direktor vəzifəsinə təyinat olub. “Report” xəbər verir ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsinə Famil Məmmədov gətirilib. Bu təyinata qədər həmin vəzifənin səlahiyyətlərini icra edən Esmira Alməmmədova öz ərizəsi ilə işdən çıxıb.
nesimi