Zəfər Günü əfvin olması TƏKLİF EDİLİR

03.09.2021 - 14:02

“Zəfər Günü Azərbaycanın ən önəmli bayramı hesab olunur. Həmin gündə əfv sərəncamının imzalanması humanist addım kimi təqdirlə qarşılanacaq”.

 

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

 

Deputatın sözlərinə görə, əfv sərəncamının Zəfər Günü verilməsi ilə bağlı təklif səsləndirilə bilər:

 

“Zəfər Günü tarixə düşdü. Tam əminəm ki, dövlətimiz və millətimiz yaşadıqca biz bu günü hər il yüksək təntənə ilə qeyd edəcəyik. Belə tarixi günlərdə ölkə prezidentinin böyük əhəmiyyətli, humanist xarakter daşıyan sərəncamları diqqəti cəlb edir. Xüsusilə, Zəfərimizin birinci il dönümündə keçirdiyimiz bayram ərəfəsində bu və buna bənzər humanist sərəncamların verilməsini istisna etmirəm”.

 

F.Ağamalı hesab edir ki, əfv sərəncamı imzalanarsa, insanlar tərəfindən çox müsbət qarşılanacaq:

 

“Zəfər Günü ilə tarixi qələbəmizi gələcək nəsillərə ötürəcəyik. Ən önəmli bayramımıza görə əfv sərəncamının imzalanması, digər humanist addımlar gələcəkdə də ənənə olaraq davam etdiriləcəkdir”.

 

Əfv Məsələləri üzrə Komissiyanın üzvləri Fazil Mustafa və Rəşad Məcid də Zəfər Günü münasibətilə əfv sərəncamının verilməsi təklifini müsbət qarşılayıblar.

Qeyd edək ki, bu il noyabrın 8-də Azərbaycanda ilk dəfə Zəfər Günü qeyd ediləcək. Vətən Müharibəsində qazandığımız tarixi qələbənin ildönümünə iki aydan az vaxt qalıb. Qarabağ Zəfərinin möhtəşəm tədbirlərlə qeyd ediləcəyi gözlənilir.

 

Zəfər Günü münasibətilə gözlənilən humanist addımlardan biri də əfv sərəncamıdır. Belə ki, 8 noyabr – Zəfər Günü ərəfəsində əfv sərəncamının verilməsi gözlənilir və bununla bağlı təkliflər səsləndirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166521

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930