Ekspertdən sosial şəbəkələrlə bağlı TƏKLİF: Qanun sərtləşdirilsin!

03.09.2021 - 15:44

Azərbaycanda sosial şəbəkələrin hüquqi tənzimlənməsi məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı yeni qanun layihəsinin hazırlanması, eyni zamanda sosial mediada insanların şərəf və ləyaqətinin alçaldılmasına görə cəzaların sərtləşdirilməsi təklif olunur.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov Modern.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrlə bağlı qanun layihəsini qəbul etməklə problemi həll etmək mümkün deyil. Onun fikrincə, əsas məsələ qanun layihəsinin işlək olmasıdır.

 

“Biz qanun layihəsini hazırlayıb, qəbul edə bilərik. Bu qanun layihəsinin işlək olması vacibdir. Sual yaranır ki, praktikada qanun layihəsi işlək olacaqmı? Əsas məsələ budur”.

 

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz isə hesab edir ki, sosial şəbəkələri tənzimləmək üçün yeni qanun layihəsinə ehtiyac yoxdur.

 

 

Ekspertin fikrincə, mövcud qanuna yenidən baxıb, dəyişiklik etmək kifayətdir:

 

“Kütləvi informasiya vasitələri haqqında” Qanunda yetərincə müddəalar var. Sadəcə bu müddəalara yenidən baxıb, kəskinləşdirmək lazımdır. Hazırda istifadə olunan sosial media resurslarının heç biri Azərbaycana məxsus deyil. Buna görə də hansısa yeni qanun layihəsi hazırlamağa ehtiyac yoxdur. Sadəcə qanunları sərtləşdirmək lazımdır ki, insanlar bu qaydalara əməl etsinlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166525

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930