Aqiyə Naxçıvanlı: Xalqımıza və dövlətimizə qarşı edilən çıxışların qarşısı qətiyyətlə alınmalıdır

06.09.2021 - 17:55

Aqiyə Naxçıvanlı: Xalqımıza və dövlətimizə qarşı edilən çıxışların qarşısı qətiyyətlə alınmalıdır

“Artıq hər kəs birmənalı olaraq qəbul etməlidir ki, bu gün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəyə, bu Zəfərimizin nəticəsi olaraq əldə olunmuş unikal gələcək inkişaf perspektivlərinə və ümumiyyətlə ölkəmizin misilsiz nailiyyətlərinə qarşı çıxan hər kəs mahiyyət etibarı ilə anti-dövlət, anti-Azərbaycan mövqelərindən çıxış edir. Bu kimi çıxışlar yalnız və yalnız iki halda yer ala bilər. Birinci hal bu ola bilər ki, Azərbaycanın tarixi Qələbəsini və bu qələbənin nəticələrini şübhə altına almağa cəhd edən kəs sadəcə olaraq nə baş verən hadisələri obyektiv qiymətləndirmək iqtidarında deyil, nə də özü ifadə etdiyi fikirlərin mənasını dərk etmir. İkinci hal isə bu ola bilər ki, həmin şəxs düşmən qüvvələr tərəfindən belə çıxışlara məqsədyönlü şəkildə təhrik olunur. İstənilən halda belə qərəzli və iftira xarakterli çıxışlara qətiyyən yol verilməməlidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin son dövrlərdə səsləndirdiyi anti-Azərbaycan xarakterli bəzi fikirlərə münasibət bildirərək belə bir məqamı vurğulayıb ki, xarici düşmənlərimizin maraqlarından çıxış edərək Azərbaycanın qonşu dövlətlərlə və strateji müttəfiqləri ilə münasibətlərinə, ölkə daxilində hökm sürən və bu gün ən pik nöqtəsində olan xalq-iqtidar birliyinin sarsılmazlığına, ümummilli həmrəyliyimizə kölgə salmaq istəyənlərin bütün cəhdləri əbəs olsa da, belələrinin məhz ölkəmizdə, cəmiyyətimizin daxilində mövcud olmaları böyük təəssüf hissi doğurur: “Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə öz tarixinin ən şərəfli səhifəsini yazdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu tarixi Qələbə sevincini bizə bəxş edən Şanlı Azərbaycan Ordusu dövlətçiliyimizin tarixində hələ indiyədək görünməmiş ən böyük Zəfərə imza atdı. Azərbaycan XXI əsrdə irimiqyaslı hərbi əməliyyatların keçirildiyi müharibədə qalib gələn və öz ərazi bütövlüyünü bərpa edən ilk ölkə oldu. Bu gün dünyanın aparıcı ölkələrinin ordularında II Qarabağ müharibəsinin taktikası və strategiyası öyrənilir. Bütün dünya Azərbaycanın bu Zəfərini və Cənubi Qafqazda yaranmış yeni resllıqları qəbul edir və bu regionda olan maraqlarını məhz Azərbaycanın müəllifi olduğu bu yeni reallıqların mövcudiyyətindən irəli gələn tələblərə uyğunlaşdırmağa çalışır. Bu gün artıq Azərbaycan sadəcə Cənubi Qafqazın lider dövləti deyil, Azərbaycan bu gün həm də regional siyasi və iqtisadi prosesləri nizamlayan ölkədir. Azərbaycan bu gün bütün Avrasiya məkanında istənilən bir dövlət üçün ən arzuolunan tərəfdaşa çevrilməkdədir. Bütün bu uğurlar isə Prezident İlham Əliyevin uzun illərdən bəri həyata keçirdiyi düşünülmüş, praqmatik daxili və xarici siyasətin və əlbəttə ki, məhz bu siyasət məticəsində əldə olunmuş tarixi Qələbəmizin nəticələrinin yalnız bir hissəsidir. Etiraf etmək lazımdır ki, bu gün biz hamımız, bütün Azərbaycan xalqı hələ də tarixi Qələbəmizin daha çox yalnız mənəvi şövqünün yaşamaqla bu qələbənin dövlətimizin və ölkəmizin qarşısında necə möhtəşəm iqtisadi-siyasi perspektivlər açdığının fərqinə belə varmırıq. Halbuki, məhz bu perspektivlər tezliklə Azərbaycanı sadəcə regionun deyil, dünyanın ən qüdrətli ölkələrindən birinə çevirəcək. Bütün bunları görməmək, dərk etməmək, qiymətləndirməmək nə deməkdir? Əlbəttə ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin çıxışlarında səsləndirilən fikirlər mövcud reallıqlarla qətiyyən uyğunlaşmır. Əksinə bu fikirlər həqiqətləri təhrif və təkzib etməyə hesablanıb ki, bu da heç bir məntiqə sığmır. Əlbəttə ki, xarici düşmənlərimizin maraqlarından çıxış edərək Azərbaycanın qonşu dövlətlərlə və strateji müttəfiqləri ilə münasibətlərinə, ölkə daxilində hökm sürən və bu gün ən pik nöqtəsində olan xalq-iqtidar birliyinin sarsılmazlığına, ümummilli həmrəyliyimizə kölgə salmağa hesablanmış bütün bu cəhdlərin heç bir nəticəsi ola bilməz. Bununla belə şəxsən mən çox təəssüf edirəm ki, yalnız və yalnız düşmənlərimizin mənafeylərinə xidmət edən belə çıxışları edə biləcək bir insan bizim cəmiyyətimizdə tapılmışdır.”

Daha sonra Aqiyə Naxçıvanlı bu gün işğaldan azad edilmiş torpaqlarımızda gedən bərpa-yenidənqurma işlərindən bəhs edərək bunları deyib: “Bu gün dövlətimiz artıq Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında postmüharibə dövrünün proqramını həyata keçirir. İlk növbədə Şərqi Zəngəzura qayıdış planını uğurla həyata keçirilməkdədir. Artıq işğaldan azad edilmiş ərazilərdə ilk beynəlxalq hava limanı tikilib istismara verilib. Necə deyərlər, qayıdışımız həm quru yolla, həm də hava yolu ilə baş tutur. Dünyanın hansı ölkəsində, həm də indi, pandemiyanın tüğyan etdiyi bir zamanda belə möhtəşəm quruculuq işlərini müşahidə edə bilərik? Əlbəttə ki, heç yerdə. Azərbaycan xalqı həqiqətən tamamilə yeni bir tarix yazır və bu tarix bundan sonra yalnız parlaq qələbələrlə, möhtəşəm uğurlarla əlamətdar olacaq.”

aia.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166570

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031