Bu il məktəbli formalarının qiyməti neçəyə olacaq?

08.09.2021 - 11:50

 

Bu il məktəbli formalarının qiyməti neçəyə olacaq?

“2017-ci ildən bəri vahid məktəbli formalarının qiymətləri dəyişməyib. Necə vardısa, elə qalıb, köhnə qiymətlərdir. Aşağı siniflər (1-6-cı siniflər) üçün kostyumun qiyməti 40, köynəyin qiyməti isə 8 manatdır. Yuxarı sinif (7-11-ci siniflər) şagirdləri üçün kostyumun qiyməti 46, köynəyin qiyməti isə 8 manatdır. Bu qiymətlərdə də oğlan və qızlar üçün nəzərdə tutulan kostyumun dəyəri eynidir. Yəni bütün ölçülərdəki köynəklərin qiyməti eynidir. 26-28 ölçüdən 54 ölçüyə qədər eyni məbləğə valideynlərə təklif olunur”.

Bunu  açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

O bildirib ki, valideynlər məktəbli geyimlərini almaq üçün Bakı Tikiş Evinə, eləcə də BTE-nin Bakıxanov qəsəbəsindəki mağazasına baş çəkə bilərlər: “Bundan başqa, bu ildən “Bravo” marketlər şəbəkəsində də məktəbli geyimləri olacaq. Onlara da geyimlər təqdim etmişik. Eləcə də “20 Yanvar”, “Koroğlu” və “Əhmədli” metrostansiyalarının çıxışında məktəbli geyimlərini əldə etmək mümkündür. Hamı dünənki günü gözləyirdi. Bu vaxta qədər gündəlik 30-40 ədəd məktəbli geyimi alınırdı. Artıq bu gündən tələbatın çoxalıb-çoxalmayacağı bilinəcək”.

Etibar Əzimovun sözlərinə görə, Bakı Tikiş Evi yeni mövsümə hazırdır:

“Kifayət qədər materiallarımız var. Kostyumlarımızı özümüz tikdiyimiz üçün qiymətlər ucuzdur. Tələbat olarsa, yenə tikməyə hazırıq. Bu barədə problemimiz yoxdur. Sexdəki qiymətlərlə metro çıxışlarındakı qiymətlər arasında heç bir dəyişiklik yoxdur. Biz onlara topdansatış qiymətləri və güzəştlə veririk. Satıcılar bizim güzəşti də məhsulun dəyərinin üstünə gəlirlər və bizim qiymətlərlə satırlar. Çünki başqa qiymət orada işləməyəcək. Baha olsa, heç kim almayacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166634

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930