Metrostansiyaların girişindəki cihazlar nə zaman yığışdırılacaq? – AÇIQLAMA

15.09.2021 - 14:25
Metrostansiyaların girişindəki cihazlar nə zaman yığışdırılacaq? - AÇIQLAMA

 

Ötən il ölkədə elan olunmuş hərbi vəziyyətlə əlaqədar Bakı metrosunda təhlükəsizlik qaydalarına nəzarət daha da gücləndirilmiş və bütün stansiyalarda xüsusi detektorlar quraşdırılmışdı. Bu cihazlar stansiyalarda həmişəlik qalacaqmı?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət edib. Qurum sözçüsü bildirib ki, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə qeyd edib ki, cihazların metrostansiyalarda qalma müddəti ilə bağlı hər hansı məlumat yoxdur:

“Metropoliten stansiyalarının girişlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır. Eyni zamanda sərnişinlərin sərbəst hərəkəti və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün zəruri tədbirlər davam etdirilir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166810

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031