Ermənilərin “müstəqillik” müəmması

24.09.2021 - 21:51

Keçən əsrin ikinci yarısında dünyanın 2 nəhəng güc qütbündən biri sayılan SSRİ-nin süqutundan 30 il keçir. Təxminən 70 il ərzində məcburi ittifaqda olduqları SSRİ-nin tərkibindən çıxaraq müstəqillik aktının qəbul olunduğu tarixlər bütün postsovet ölkələri üçün yeni tarixin başlanğıcı və yeni həyatın ən önəmli hadisəsi sayılır. Bu ölkələrdə milli müstəqilliyin elan olunduğu tarix həm dövlət səviyyəsində, həm də ictimai şüurda ən parlaq siyasi hadisə kimi qavranılır və 30 il ərzində davamlı olaraq ümumxalq bayramı kimi ildən ilə daha yüksək səviyyədə təşkil olunur.

Bu il bütün postsovet ölkələrində müstəqilliyin 30 illik yubileyi qeyd olunur. Yubiley tədbirlərinin daha böyük miqyasda və daha möhtəşəm formatlarda keçirilməsi planlaşdırılır. Azərbaycanda da müstəqilliyimizin bərpasının 30 illik yubileyinə həsr edilmiş tədbirlərin ümumxalq bayramı kimi ən yüksək səviyyədə təşkil olunacağı heç şübhə doğurmur. Çünki bu, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu şəraitdə qeyd edəcəyimiz ilk müstəqillik günümüzdür ki, o da müstəqilliyimizin 30 yaşına təsadüf edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.

Deputat qeyd edib ki, dünyanın bütün milli qürurlu və azadlıqsevər xalqları üçün müstəqillikdən uca amal və azadlıqdan yüksək dəyər yoxdur. Ermənistanda isə müstəqillik gününün bayram edilib-edilməməsi hələ də mübahisə mövzusudur. Paşinyanın dediyinə görə, Ermənistan hökuməti də müstəqilliyin yubiley tarixini “rəngarəng tədbirlərlə” qeyd etməyi vacib hesab edirdi. Lakin nə qədər qəribə görünsə də erməni cəmiyyətində belə bir bayramın qeyd olunmasını məqbul hesab etməyənlər də vardı. Müstəqillik günü ərəfəsindəki son bir ay İrəvan meydanlarında və ölkənin digər bölgələrində bayram tədbirlərinə qarşı etiraz tədbirləri ilə yadda qaldı və hətta nümayişçilərin bir qismi həbs edilərək “profilaktik tədbirlər” görülməsi üçün polis bölmələrinə də aparılmışdı.

Erməni sosioloqları müstəqillik bayramı əleyhinə çıxanların sayının ən azı erməni cəmiyyətinin yarısını təşkil etdiyini bildirsələr də, erməni cəmiyyətində müstəqillik tarixinə belə müəmmalı münasibətin haradan və nədən qaynaqlandığına aydınlıq gətirə bilmədilər və ya gətirmək istəmədilər.

Etirazçılar təbəqəsi isə yekcins deyildi. Bir tərəfdən müxalifət partiyalarının liderləri Ermənistan ordusunun darmadağın edilməsindən və 30 il ərzində işğal edib özününküləşdirməyə çalışdıqları torpaqların itirilməsindən sonra müstəqillik gününün bayram edilməsini məqbul hesab etmirdilər.

Digər tərəfdən, 44 günlük müharibədə övladlarını itirmiş ermənilər belə hesab edirdilər ki, onların qonşu xalqın torpağını qəsb etmək naminə döyüş meydanında gəbərmiş övladlarının ruhu Ermənistanın müstəqillik bayramına görə inciyə bilər. Onların məntiqinə və tələbinə görə həyasız şəkildə qonşu bağına soxularaq oranı mənimsəmək istəyən bir oğrunun bağın qanuni sahibi tərəfindən əzilmiş başı erməni xalqının milli müstəqillik arzusundan və amalından daha əziz tutulmalıdır.

Erməni cəmiyyətinin üçüncü bir qismi isə 30 illik aldanışlardan sonra üzləşdikləri milli faciəni anlayaraq ermənilərin nə zamansa əsl müstəqilliyə qovuşacaqlarını artıq mümkün hesab etmədiklərindən saxta müstəqillik bayramından imtina edirdilər.

Bütün bunlara baxmayaraq, Ermənistan hökuməti böyük gərginlik içində müstəqilliyin 30 illik yubileyini bayram etdiklərini imitasiya edə bildi. Bayram etmədilər, sadəcə, imitasiya etdilər. Çünki mövcud olmayan və mövcudluğu heç bir şəkildə hiss olunmayan saxta müstəqilliyin şəninə necə sevinsinlər? Özlərinin həyatında, yaşayışında, sosial rifah vəziyyətində əksini görə bilmədikləri müstəqilliyi necə vəsf etsinlər? Yenilməz kimi qələmə verilən, amma Azərbaycan əsgərinin addım səslərindən, hətta uzaqlarda görünən kölgəsindən qorxub qaçan əsgər və zabitlərdən ibarət olan bir ordu ilə necə fəxr etsinlər və belə bir ordu ermənilərin dövlət müstəqilliyinin qarantı ola bilərmi? 30 il ərzində müstəqillik bayrağı altında irəli getdiyini zənn edərək əslində daim geriyə addımlamış və bunu dərk edə bilməmiş bir xalq dövlət müstəqilliyinin dəyərini haradan və necə bilsin? Ən başlıcası, uğrunda müqəddəs döyüşə çıxmadığı, can verib qan tökmədiyi, sadəcə, xəyanət və hiylə hesabına 100 il əvvəl “sahibləri”ndən bəxşiş kimi aldığı saxta dövlətçiliyi və son 30 ildə guya bərpa etdiyi, amma əslində tamamilə itirdiyi müstəqilliyi Ermənistan necə bayram etsin? Generalları əsgərin yemək payına göz dikən, əsgəri fərarilik etməyi qəhrəmanlıq hesab edən, zabiti öz əsgərlərini qoyub qaçmağı döyüş meydanında ölməkdən üstün tutan, valideyni müharibədə ölmüş övladının xatirəsini milli azadlıq və dövlət müstəqilliyi kimi müqəddəs sərvətdən daha əziz tutan bir xalq əsl müstəqilliyin nə olduğunu dərk edə bilərmi?

“Ermənistan bu gün siyasi, iqtisadi, sosial, hərbi, mənəvi müflisləşmə vəziyyətindədir, müflis olanların isə gözünə bayram görünmür. Onların faciəsi daha böyükdür. Onlar yaxşı bilirlər ki, Ermənistan Respublikası qədim türk torpaqlarında hiylə və xəyanətlərin nəticəsi olaraq ermənilərə pay verilmiş saxta bir qurumdur. “Ermənistan” adlı kvazi-dövlət, əslində, təsisçiləri digər ölkələrdə oturub, icraçı direktorluğu ermənilərə tapşırılmış bir şirkəti xatırladır. Təsisçilər istədikləri vaxt onlara məxsus “Ermənistan Respublikası” adlanan şirkət barədə istədiyi qərarı qəbul edə bilərlər. Belə olan halda ermənilərin dövlət müstəqilliyi kimi abstrakt bir bayrama doğrudan da nə haqqı var, nə də ehtiyacı. Bu gün erməni cəmiyyətində müstəqillik gününə müəmmalı münasibətin səbəbi də elə buradan qaynaqlanır”, – deyə C.Feyziyev əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167057

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031