Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşüb

28.09.2021 - 09:39

Millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı 27 sentyabr Anım Günü Neftçalada keçirilən tədbirlərdə iştirak etmişdir. S. Rüstəmxanlı anım günündə Neftçala rayonunda Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri ilə görüşmüş , Şəhidlər Xiyabanını ziyarət etmişdir. Rayon rəhbərliyinin də qatıldığı tədbirdə çıxış edən millət vəkili Azərbaycan xalqının Vətən Müharibəsində göstərdiyi şücaətdən söz açmış, Neftçala rayonunun bu prosesdə xüsusi rolundan danışmışdır. Sabir Rüstəmxanlı Neftçalada həmçinin seçicilərlə görüşmüşdür. Xol Qaraqışlaq və Qırmızıkənddə olan millət vəkili əvvəlcə kənd şəhidlər xiyabanında olmuş, sonra seçiciləri qəbul etmişdir. Görüşdə seçicilərin problemləri dinlənilmiş, kəndlərdə yaşanan ümumi çətinliklər öyrənilmişdir. Sabir Rüstəmxanlı bəzi məsələləri yerindəcə müvafiq icra qurumlarının diqqətinə çatdıraraq həll etmiş, yol, elektrik enerjisi, örüş yerləri kimi ümumi problemləri lazımi oqanlar qarşısında qaldıracağına söz vermişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167133

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930