“Space” TV-nin rəhbəri yenilikləri ANONS ETDİ

04.10.2021 - 15:05

Azərbaycan televiziyalarında yeni mövsümlə bağlı bir çox dəyişikliklər olub. Xüsusilə “Space” TV-də canlanma hiss olunur. Bir sıra tanınmış aparıcılar və layihələr “Space”ə transfer olunub. Xeyli vaxt idi durğunluq dövrü keçirən bu kanal indi rəqiblərini ötüb keçməyə çalışır.

“Space”in redaktoru Könül Aypara bildirib ki, Müşfiq Hətəmov telekanala rəhbər təyin olunduqdan sonra canlanma yaranıb:

““Space” TV keçmiş heyətin yarıtmazlığı sayəsində tamaşaçı kütləsini zaman-zaman itirə-itirə gəlirdi. Nəticədə elə oldu ki, rəhbərlik dəyişdirildi. Artıq hər şey yaxşılığa doğru istiqamətlənib.

“Space” TV-nin yeni rəhbəri Müşfiq Hətəmov işini bilən kadrdı. O, professionallığı sayəsində uçurumda olan  telekanalı necə qurtaracağını bilirdi. Və “Space”ə təyinat alandan sonra telekanala yeni nəfəs gətirdi”.

Onun sözlərinə görə, “Space” TV yeni mövsümə tanınmış simalar, yeni verilişlərlə gedir:

“Yeni mövsüm yeniliklərlə dolu olacaq. Əlbəttə, hər şeyə sıfırdan başlamaq çətindir. Amma Müşfiq müəllimin sayəsində, həmçinin, komanda olaraq onun ətrafında birləşməklə biz bu çətinliyi aradan qaldırırıq və hər zaman da bir-birimizə dəstək olacağıq. O ki qaldı yeniliklərə, yəqin ki anonslarımızı izləyirsiz… Tanınmış simalar, yeni verilişlər, professionallarla işbirliyi… Gücümüz birlikdədir!”.

“Space” TV-nin rəhbəri Müşfiq Hətəmov yeniliklərlə bağlı Modern.az-a anons verib:

““Space” TV yeni mövsümə bir çox yeniliklərlə gəlir. Yeni layihələr üzərində çalışırıq. Yaxın günlərdə ictimaiyyətə geniş açıqlama veriləcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167288

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930