Kəramət hər şeydən təcrid olunub – Atası NARAZIDIR

11.10.2021 - 15:21

“Kəraməti hər şeydən təcrid ediblər, yanına heç kimi buraxmırlar. Mən oğlumun səsini belə eşidə bilməmişəm”.

 

Bunu  Maştağadakı Narkoloji Dispanserə yerləşdirilən yazıçı Kəramət Böyükçölün atası, şair-publisist Qəşəm Nəcəfzadə deyib.

Q.Nəcəfzadə oğlunun könüllü müalicəyə getdiyini vurğulayaraq, dispanser rəhbərliyindən bütün qapıların bağlanmamasını xahiş edib:

 

“Heç olmasa, ata-ana ilə görüşməsinə imkan yaratsınlar. Əlinə telefon versinlər, səsini eşidək, üzünü görək. Həkimlər deyirlər ki, durumu yaxşıdır. Mən anlamıram, həyatdan təcrid edilən insan necə yaxşı ola bilər? Üstəlik, yazıçı, jurnalistdir. Bəlkə qəzetləri, saytları oxumaq istəyir, ailəsi ilə danışmaq istəyir. İki azyaşlı övladı var, onlarla belə danışmağına icazə verilmir. Anasının təzyiqi var, mənim ürəyim xəstədir, Kəramət bizdən nigaran qalıb, daha da depressiyaya düşəcək”.

 

Şair oğlu ilə görüş üçün Narkoloji Dispanserin rəhbərliyinə müraciət etdiyini deyib:

“Heç bir faydası olmadı. Dedilər bu, bizim müalicə sistemimizdir. Belə müalicə sistemi olur? Mən mətbuat vasitəsilə müraciət edirəm. Kəramət adam öldürməyib, vətənə xəyanət etməyib. İçki düşkünlüyünə görə könüllü müalicə almaq istəyib. Özü polisin yanına düşüb, sərbəst şəkildə dispanserə gedib. İndi Kəraməti niyə bu hala salırlar? Belə davam edərsə, mətbuatı toplayıb, bütün aidiyyəti qurumlara müraciət edəcəyəm, hər yerə baş vuracağam. Məni oğlumla görüşdürsünlər”.
Qeyd edək ki, son günlər sosial şəbəkədə canlı yayımlar açaraq, içkili vəziyyətdə təhqiramiz ifadələr işlədən yazıçı Kəramət Böyükçöl oktyabrın Maştağadakı Respublika Narkoloji Dispanserə yerləşdirilib. Onun Narkoloji Dispanserə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparıldığı bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167491

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031