Azərbaycanlı jurnalist Türkiyədə vəfat edib
Türkiyədə müalicə alan azərbaycanlı jurnalist Nurlan Ağa (Salamov) vəfat edib.
Bu barədə xəbəri mərhumun dostları sosial şəbəkədə ictimailəşdiriblər.
Mərhumun koronavirusa yoluxduğu bildirilib.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistrantı olan 25 yaşlı Nurlan Ağa Türkiyədəki Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırdı.
Allah rəhmət eləsin…
Short URL: https://www.cumhuriyyet.net/?p=167498