Yoldaşı və qardaşı Elnur Əşrəfoğluna baş çəkib – Jurnalistin SON DURUMU

14.10.2021 - 15:09

Tanınmış jurnalist Elnur Əşrəfoğlu kritik dönəmi geridə qoyub. Bu barədə  onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.

 

İ.Şükürova deyib ki, intensiv terapeya müddətində həyat yoldaşını daim yatırdıblır:

 

“ECMO-dan sonrakı iki sutka ən kritik günlər idi. Onu geridə qoyduq. Amma qanaxmaları tam dayanmır ki, bədəni toparlansın. Burun-boğaz, mədə-bağırsaqda qanaxmalar azalsa da, tam dayanmayıb. Həkimlər əlindən gələni edir. Əlimizdən gələn sadəcə dua etməkdir”.

 

Xanımı xəstəxana şəraitində Elnur Əşrəfoğlunu qısamüddətli də olsa, görə bildiyini deyib.

 

Qardaşı Rəşad Şükürov da saytımıza açıqlamasında Elnur Əşrəfoğlu ilə bağlı həkimlərin əlindən gələni etdiklərini deyib:

 

“Bir dəfə qardaşımı görə bilmişəm. Ümumi vəziyyəti ağır, stabil olaraq qalır”.

 

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu. ECMO-ya bağlı qanaxma yenidən başladığından oktyabrın 11-də cihazdan ayrılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167618

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031