Metroda gedişhaqqı artırılacaq? – Metropolitendən AÇIQLAMA

19.10.2021 - 12:13

 

Metroda gedişhaqqı artırılacaq? - Metropolitendən AÇIQLAMA

 

“Bakı Metropoliteni” QSC metroda gedişhaqqının artırılması ilə bağlı hələlik Tarif Şurasına müraciət etməyib.

Bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hələlik bununla bağlı heç bir müraciət yoxdur: “Bilirsiniz ki, metroda gedişhaqqının tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir. Bakı metropoliteni gediş haqlarını tənzimləmək səlahiyyətinə malik deyil. Bakı metropoliteni isə hələlik bununla bağlı Tarif Şurasına müraciət etməyib”.

Qeyd edək ki, sonuncu dəfə Bakı Metropolitenində gedişhaqqı 2018-ci ilin avqustun 1-dən artırılıb. Metroda 1 gediş üçün 30 qəpik müəyyən olunub. Həmin qərara qədər isə metroda gedişhaqqı 20 qəpik idi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167702

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031