Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

21.10.2021 - 12:06

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan edir.

 

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

 

“Telefon rabitəsi – İKT – Rəqəmsal inkişaf” mövzusunda

 

Ən yaxşı veriliş

Ən yaxşı reportaj 

Ən yaxşı məqalə

 

Müsabiqəyə təqdim olunmuş yazılarda aşağıdakı meyarlara üstünlük veriləcək:

 

  • Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi;
  • Faktların və məsələlərin düzgün təhlili;
  • Oxucu üçün informasiyalılıq dərəcəsi;
  • İfadə vasitələrinin zənginliyi;

 

Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və videomateriallar 25 oktyabr – 6 dekabr tarixləri aralığında yayımlanmalıdır. Materialların linkləri 140il@mincom.gov.az elektron poçt ünvanına göndərilməlidir.

 

Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif özü barədə məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) təqdim etməlidir.

 

Bir müəllif yalnız bir nominasiyada iştirak edə bilər.

 

Nominasiyalar üzrə qəbul olunmuş materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Onların adları 22 dekabr tarixində açıqlanacaq.

 

Qaliblərə pul mükafatı təqdim olunacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167795

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031