BNA-dan sərnişindaşıma şirkətlərinə son XƏBƏRDARLIQ

21.10.2021 - 14:14

Nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi Bakı Nəqliyyat Agentliyinin (BNA) önəm verdiyi məsələlərdən biridir. Əsasən də Agentliyin sosial şəbəkələrdəki rəsmi hesablarına daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır, araşdırma tələb edən müraciətlər müvafiq şöbələrə yönləndirilir.

 

Bu barədə  BNA-dan bildirilib.

 

Aparılan statistik araşdırmalar zamanı vətəndaşlar tərəfindən ən çox şikayət olunan marşrut xətləri müəyyən edilib. Belə ki, təhlillərə əsasən:

 

– 40-202 daşıyıcı şirkət “Çinar-Trans” MMC;

– 44-daşıyıcı şirkət “Şidili” MMC;

– 77-daşıyıcı fiziki şəxs Malik Orucov;

– 119-135 daşıyıcı şirkət “Faiqoğlu”;

– 149-164 daşıyıcı şirkət “BMH” MMC;

– 163 daşıyıcı şirkət “Grand-Bus” MMC;

– 214 daşıyıcı şirkət “Ayşən-LTD” MMC-nin

 

müntəzəm marşrut xətləri üzrə şikayətlərin daha çox olduğu müəyyən edilib. Ümumilikdə, qeyd olunan marşrutlarla bağlı Agentliyin rəsmi sosial media hesablarına son vaxtlar 800-ə yaxın müraciət daxil olub.

 

Daxil olan şikayətlərə əsasən, monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtılmış, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib. Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürülərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.

 

Daşıyıcılara yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq olunsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Qeyd edək ki, sözügedən müntəzəm marşrutların müvəqqəti istismarçılarına 1 ay müddətində fəaliyyətlərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlı son xəbərdarlıq edilib. Göstərilən müddətdə bu istiqamətdə hər hansı dəyişiklik həyata keçirilməzsə, daşıyıcı şirkətlərin dəyişdirilməsi ilə əlaqədar qanuna müvafiq tədbirlər görüləcək.

VIDEO

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167804

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930