“Təhsil haqqında” qanun DƏYİŞDİRİLİR

22.10.2021 - 16:32

“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklər ikinci oxununşda Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

 

Bu barədə qərar Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən növbəti onlayn iclasında verilib.

 

İclası açan komitənin sədri Bəxtiyar Əliyev gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə ikinci oxunuşda “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.

 

B.Əliyev hər iki layihənin ikinci oxunuşu barədə məlumat verib. O, Azərbaycanda müasir dövrün əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması üçün peşə təhsili sisteminin keyfiyyətinin artırılması və genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, regional peşə təhsili mərkəzlərinin istifadəyə verilməsinin əhəmiyyətini qeyd edib.

 

Təhsilin bir çox aktual məsələlərinin qanunvericilik səviyyəsində həllinə baxıldığını, təhsil sahəsində islahatların davam etdiyini bildirən komitə sədri iclasın müzakirəsinə çıxarılan qanun layihələrinin də gənclərimizin daha keyfiyyətli peşə təhsili ilə əhatə olunmasına, təhsil səviyyələri arasında bağlılığı gücləndirməklə təhsilin fasiləsizliyinin təmin edilməsinə, təhsilimizin Avropa Kredit Transfer Sisteminə inteqrasiyasına, ali təhsilin əlçatanlığının artırılmasına xidmət etdiyini vurğulayıb.

 

Deputatlar hər iki qanun layihəsini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

 

Qeyd edək ki, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklər birinci oxunuşda Milli Məclisdə qəbul olunub.

 

Dəyişikliyə əsasən, ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Bununla yanaşı, orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom verilir.

 

Təhsillə bağlı iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub (FOTO) - Gallery Image Təhsillə bağlı iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub (FOTO) - Gallery Image

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167837

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031