Azərbaycanda burun əməliyyatına axın var: qiymətlər artıb, cərrahlar çoxalıb

25.10.2021 - 12:17

Tibbin sürətli inkişafı artıq görünüşündən narazı olan şəxslərin “yenilənmə”si üçün əsl fürsətdir. Uzun illərdi burnunu, çənəsini, yanaqlarını qüsurlu görən, buna görə kompleks yaşayan hər kəs imkan daxilində estetik cərrahlara, kosmetoloqlara müraciət edir. Bəli, imkan daxilində. Peşəkar estetik burun cərrahlarının əməliyyat qiymətləri, digərlərindən, qeyri-peşəkarlara nisbətən bir qədər baha olur. Bu fərq çox vaxt işin nəticəsində də özünü büruzə verir.

Müşahidələr göstərir ki, burun estetikası son illər Azərbaycanda ən çox müarciət edilən cərrahi əməliyyatları sırasındadır. Bu əməliyyata isə təbii ki, daha çox qadınlar müraciət edir. Bəziləri bu əməliyyatın riskləri, digərləri maddi tərəfi  barədə o qədər də düşünmür. Təki gözəl görünüşlü buruna sahiblənsin. Bəli, kimlərsə burun əməliyyatına məcburiyyətdən gedir, kimlərsə də əyri burunla gəzmək istəmədiyindən.

 Bunun üçün bir neçə özəl tibb müəssisəsilə əlaqə saxladıq.

Məlum oldu ki, əməliyyat qiymətləri xeyli yüksəkdir.

Məsələn, “Baku Medical Plaza” hospitalının “Medilux filialından bildirildi ki, burada burun əməliyyatı 3500 manatdan başlayır. Xəstə əvvəlcə 50 manat ödəməklə həkim qəbuluna düşür. Onunla ümumi söhbət aparılır, necə buruna sahib olmaq istədiyi öyrənilir. Əməliyyat barədə razılaşmadan sonra isə 3500 manat ödəniş həyata keçirilir.
“Mediluxda burun əməliyyatlarını plastik-rekonstruktiv cərrah Dilqəm Məhərrəmov edir. Yeri gəlmişkən, o, hazırda bu sahədə ən çox müraciət olunan cərrahlardan biridir. Elə bu klinikaya müraciətlərin sayı da belə deməyə əsas verir. Çünki  “Mediluxda burun əməliyyatı üçün yaxın üç ayda növbə yoxdur.

Peşəkar həkim heç vaxt ucuz qiymətə əməliyyat etməz

Burunlarında estetik dəyişiklik etmək istəyən şəxslər peşəkar həkimlə qeyri-peşəkarı necə fərqləndirə bilərlər?

 


Mövzu ilə bağlı suallarımızı cavablandıran estetik cərrah Mahir Əliyev bildirir ki, son illər burun əməliyyatı elətdirən xəstələr kimi, cərrahların da sayı artıb:

“Həndəsi silsilə ilə bu rəqəmlərdə artma müşahidə olunur. Xəstələr həkim seçərkən ilk olaraq onun bu işdə neçə illik təcrübəsinin olduğunu və ən əsası ixtisaslı bir plastik cərrah və lor həkimi olduğunu bilməlidir. Bu gün ixtisassız bu işləri edənin sayı həddindən artıq çoxdur. Təbii ki, müraciət edən şəxsin bunu necə müəyyən etməsi bir qədər çətindir. Bunun üçün seçilən həkimin əvvəlki əməliyyat etdiyi insanları görüb gəlmək, daha doğru olardı. Məsələn, mən sosial şəbəkələrdə əməliyyat nəticələrini çox az halda paylaşıram. Yanıma gələnlərin 95 faizi sosial şəbəkədən deyil, əməliyyat etdiyim xəstələri görüb gəlir. Real nəticəni görüb həkim seçmək məncə, ən doğru qərardır”.

Son illər təbii dolğu vaistələri ilə burunda dəyişik edənlərin sayı artıb. Estetik-cərrah qeyd edir ki, bu, adətən cərrahi əməliyyatdan qorxanların seçimidir:

“Təbii dolğu materialları ilə burun şəkilləndirilməsi müəyyən mənada cərrahi müdaxiləyə alternativdir. Amma buna tam mənada alternativ demək olmaz. Əksər hallarda burun əməliyyatına gələnlərdə nəinki zahiri görkəm pozuqluğu, tənəffüs problemi olur. Dolğu vaistələri ilə bu problemin həlli qeyri-mümkündür və bununla burun korreksiyasında minimal bir dəyişiklik etmək olar. Yüngül bir burun donqarı və ya burun kəməri olan xəstələr, yaxud da burunucu yan proyeksiyada aşağı olan xəstələrdə bu bir seçim ola bilər. Amma bu da nəzərə alınmalıdır ki, ən profissional şəkildə çalışan kosmetoloq və ya cərrahların belə dolğu vasitələri ilə burun şəkilləndirməsində fəsadlar qaçılmazdır. Ən ağır fəsadlardan biri isə korluğa qədər gətirib çıxarır. Bu çox vaxt gözə gedən damarlara doğlu maddələrinin düşməsi nəticəsində olur. Bundan əlavə, dəridə cürümə, arzuolunmayan axıcılıq və s. kimi hallara tez-tez rast gəlinir”.

 

Mahir Əliyev burun estetik əməliyyatının ağrısız bir proses olduğunu vurğulayır:

 

“Amma qeyri-peşəkarların etdiyi əməliyyatda bir çox fəsadlar və ağrılar yaşanılır. Burun simmetriyasının pozulması, proporsiyaların burun əməliyyatdan sonra estetik parametrlərinin uyğunsuzluğu, burun ucunun həddindən artıq çox yuxarı qalxması və yaxud burun-dodaq ocağının həddindən çox açılmış olması, burunun üstündə supratip deformasiyanın yaranması, burunun sümük hissəsinin (burun beli də deyilir) həddindən çox götürülməsi kimi hallara tez-tez rast gəlinir. Bundan əlavə, xəstə burun daxilində yaşanan problemlər, tənəffüs zamanı narahatlıqların yaranması, burun qanadı qığırdaqları ilə doğru davranılmadığı halda burun kollapsının yaranması, burun ucunun həddindən artıq incəldilməsi kimi bir çox fəsadlarla da qarşılaşır”.

 

Həkim M. Əliyev deyir ki, ortalama estetik burun əməliyyatları qiymətinin 3000 manat civarında arta və ya azala bilər:

 

“Həkim seçimində qiymətin də rolu var. İşinə dəyər verən profissional bir həkimin  bu gün ucuz qiymətə əməliyyat etməsi artıq onun qeyri-peşəkarlığından xəbər verir. Peşəkar həkim heç vaxt ucuz qiymətə əməliyyat etməz. Düzdür, bəzən xəstələr tərəfindən qiymətin baha olması ilə bağlı narazılıqlar olur. Amma keyfiyyətli iş heç vaxt ucuz ola bilməz”.

 

İstənilən zaman burunu əvvəlki vəziyyətinə qaytarmaq olar

 

Həkim, kosmetoloq Nigar Rufat son illər təbii dolğularla burun şəkilləndirməyə üstünlük verilməsinin səbəbini burun əməliyyatdan imtinada görür:

“Çox asan prosedurdu. Təbii dolğu ilə burun şəkilləndirmə yeri keyitmə ilə baş verir və demək olar ki, ağrısız prosesdir. Xüsusi kokteyl preparatlarından istifadə edərək burun kiçiltmə prossesi də etmək mümkündür. Bu zaman burundakı piylər yığılaraq kiçildilir. Əgər bu iş qeyri –peşəkar tərəfindən olunarsa və ya keyfiyyətsiz preperatlardan istifadə edilərsə, fəsadlar ola bilər. Damar sıxılır, işemiya yaranır, burun daha da böyük görünür. Həkim peşəkar olub, prosesi düzgün yerinə yetirərsə, heç bir fəsad olmaz. Burada qüsurlar edildikdən yalnız 3 gün sonra müşahidə olunur. 2-3 və ya 6-7 aydan sonra hansısa fəsad üzə çıxa bilməz. İstənilən zaman burunu əvvəlki vəziyyətinə qaytarmaq olur”.

Həmsöhbətimiz bildirir ki, burun korreksiyası zamanı əyriliklər düzləşdirilir:

“Bu proses adətən 1-2 ilə kimi davamlıdır. Bir dəfə edildikdən 2 ay sonra korreksiya olunur. Prosedur təxminən keyidilmə ilə birgə 30-40 dəqiqə, korreksiya isə 10-15 dəqiqə zaman alır. Burun korreksiyası etmək istəyən şəxs ilk olaraq 250-300 manat, 2 aydan sonra korreksiyaya 100 manat ödəməli olur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167866

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031