Nazirlik bu il 800 min ağac əkəcək

29.10.2021 - 14:17

“Yaşıl marafon çərçivəsində Bakı və Abşeron yarımadası da daxil olmaqla ümumilikdə 400 minə yaxın ağac əkilib və payız-qış mövsümündə daha 800 min ağacın əkilməsi nəzərdə tutulub. Xocəsən, Müşfiqabad qəsəbələrində, Bakı-Sumqayıt yolunun ətrafında, şimal qərb, şimal və cənub istiqamətindəki yolların kənarında və digər ərazilərdəki boş sahələrdə ağacların əkilməsi nəzərdə tutulub. Bundan başqa, meşə-bərpa işləri həyata keçiriləcək və seyrəkləşmiş ərazilər ağaclarla doldurulacaq”.

 

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

 

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 100 hektara yaxın sahədə ağac əkilməsi nəzərdə tutulub:

 

“32 hektar Zəngilan, 40 hektar Cəbrayıl, 20 hektar türkiyəli qardaşlarımızla salınacaq dostluq parkında, 10 hektar Ağdamda və digər ərazilərdə ağaclar əkiləcək. Nəzərdə tutulmuş ərazinin 60 hektarında ağaclar bu payızda əkiləcək. İşğaldan azad edilmiş ərazilərdə hara giriş imkanımız var, həmin ərazilərdə bu işləri həyata keçiririk”.

 

  • Kərimov bildirib ki, bütün tinglər nazirliyin ting təsərrüfatlarında yetişdirilib.
    Onlar meşələrə uyğun olaraq seçilir. Abşeronda həmişəyaşıl ağaclar və həmişəyaşıl meyvə ağacları əkilir.

 

“Ən böyük ərazi isə Xocəsəndədir. 100 hektara yaxın ərazidə artıq ağac əkini tamamlanmaqdadır. Həmkar şirkətlərin də dəstəyindən yararlanırıq. 20 oktyabrdan payız əkin mövsümünə start verilib. Gələn həftədən həm nazirliyin, həm İDEA İctimai Birliyinin və digər dost qurumların iştirakı ilə ağaclar əkiləcək. 1 noyabrdan isə Aran rayonlarında əkin işlırinə başlanılacaq. Ümumi planımız 800 min ağacın əkilməsidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167934

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930