Deputat erməni dili kurslarını açmaqdan vaz keçdi

02.11.2021 - 12:10

“Qarabağa dönüş” İctimai Birliyinin (İB) erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək məqsədilə erməni dili kursları təşkil edəcəyini gözlənilirdi.

Bu barədə bir müddət öncə İctimai Birliyin sədri, Milli Məclisin Xankəndidən olan deputatı Tural Gəncəliyev bildirmişdi.

Modern.az saytının əməkdaşı erməni dili kursları ilə bağlı məsələnin nə yerdə olduğunu öyrənmək üçün “Qarabağa dönüş” İctimai Birliyi ilə əlaqə saxlayıb.

Deputatın qərargahından verilən məlumata görə, erməni dili kurslarının təşkil olunması nəzərdə tutulsa da, ictimaiyyət arasında yaranan narazılıqlara görə məsələ gerçəkləşməyəcək:

“Biz düşmənin dilini öyrənmək istəyənlərə kömək etmək istədik. Amma bu məsələ ictimaiyyət tərəfindən qınanıldı. Məsələnin birmənalı qarşılanmadığını nəzərə alaraq, erməni dili kurslarının təşkili ilə bağlı işlər dayandırıldı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168019

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930